Mühasiblərin problemi: Gömrük dəyəri yoxsa Invoice dəyəri?

posted in: Xəbər | 0

idxal gömrükSual: Mən Fərdi Sahibkar kimi fəaliyyət göstərirəm və Oktyabr ayında ölkəyə 10.000 AZN Invoice dəyərində mal idxal etmişəm, Gömrük orqanında bu malın dəyəri Invoice.da aşağı göstərildiyi iddia olunaraq şişirdilərək Yük Gömrük Bəyənnaməsinin Statistik dəyər bölməsində 15.000 AZN dəyərində qiymətləndirilmiş və bu məbləğə 2700 AZN ƏDV hesablanmışdır. Dekabr ayında 6% ödəyicisi, Yanvar ayından isə ƏDV ödəyicisi olmuşuq. Sahibliyimizdə qalan malların siyahısını təqdim etdiyimiz üçün Aprel ayına kimi ƏDV-ni alış qiyməti ilə satış qiyməti arasında ki fərqdən hesablayacağıq.

Sual ondan ibarətdir ki, sahibliyimizdə qalan malın alış qiyməti dedikdə hansı yolla hesablanmış dəyəri nəzərə alırıq?

1 – Invoice dəyəri + ƏDV yəni 10000+2700=12.700azn
2 – Gömrük dəyəri + ƏDV yəni 15000+2700=17.700azn

Cavab: Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci143-cü və 162.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *