Gömrük ödənişlərindən yayınan hüquqi və fiziki şəxslərin adı açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Gömrükİqtisadi təhlükəsizliyin təmin olunması, fiskal siyasətin uğurla həyata keçirilməsi məqsədilə gömrük orqanları bir sıra yeni layihələr, tətbiqlər həyata keçirir. Xüsusilə, son aylarda aparılan islahatlar çərçivəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması xarici ticarətin asan və sürətli şəkildə həyata keçirməyə imkan verməklə yanaşı, fiskal siyasətin də reallaşdırılmasında mühüm nailiyyətlər əldə olunmasına şərait yaradıb.

Bax: Azərbaycanda 13 yerli şirkət ləğv edildi

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, gömrük sistemində aparılan bu islahatlar, eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına, ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə xidmət edir. Mütəmadi olaraq sahibkarlarla keçirilən görüşlərdə, komitənin rəsmi internet səhifəsi və media qurumları vasitəsilə görülən işlər barədə məlumat verilib və gömrük orqanlarının qanuni ticarəti daim dəstəkləyəcəyi, onun inkişafı üçün bütün zəruri addımları atacağı bəyan olunub.

Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişafı istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyərəkidxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışır.

Belə ki, 5 723 manat əlavə ödəniş etməli olan “Kaspian Standart CO” MMC, 7 354 manat əlavə ödəniş etməli olan “Polonia-Karqo” MMC və 2 243 manat əlavə ödəniş etməli olan “Capital-Motors” MMC barəsində toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34 502 manat əlavə ödəniş edəcəyi müəyyən edilən “Azerturk Business Group” MMC, 56 574 manat əlavə ödəniş edəcəyi müəyyən edilən “Casamia” MMC, 36 847 manat əlavə ödəniş edəcəyi müəyyən edilən “Polonia-Karqo” MMC və 4 274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən “Dincer və Carcioğlu” şirkəti barəsində məlumatlar isə DGK-nın Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub. “Casamia” MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. “İtaldizayn Group” QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10 916 avro fərq yarandığı müəyyən olunub.

Bax: Rəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını təmin etmək mümkündür

İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin məbləğini aşağıdakı cədvəldə aydın görmək mümkündür.

Hüquqi və fiziki şəxslər Təqdim olunan invoysda qiymət Orijinal invoysda qiymət Fərq
Məmmədov Zamiq 20 677 ABŞ dolları 39 600 ABŞ dolları 18 923 ABŞ dolları
“Gold Climate” şirkəti 70 000 ABŞ dolları 180 000 ABŞ dolları 110 000 ABŞ dolları
“Mery Pharma” MMC 10 042 ABŞ dolları 14 400 ABŞ dolları 4 358 ABŞ dolları
“NKM-2015” MMC 16 220 ABŞ dolları 25 391 ABŞ dolları 9 171 ABŞ dolları
“Bermud A.Y.T” şirkəti 22 427 ABŞ dolları 125 355 Avro 204 411 manat
“NKM-2015” MMC 14 860 ABŞ dolları 25 465 ABŞ dolları 10 604 ABŞ dolları
“NKM-2015” MMC 15 041 ABŞ dolları 27 822 ABŞ dolları 12 781 ABŞ dolları
“NKM-2015” MMC 24 543 ABŞ dolları 44 782 ABŞ dolları 20 239 ABŞ dolları

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 049 manat gömrük ödənişindən yayındırılma deməkdir.

“DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email