Gömrük rüsumunun məbləği əvvəlcədən SMS-lə bildiriləcək
“Dövlət Gömrük Komitəsində (DGK) vahid SMS-məlumatlandırma sistemi yaradılacaq. Sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək”.
Bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq.
Mənbə: report.az