Maliyyə Meneceri tələb olunur

Maliyyə MeneceriVəzifə: Maliyyə Meneceri

İşəgötürən: Hacıoğlu2018 MMC

  • Şəhər: Bakı
  • Yaş: 45 – 55 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Vəzir bəy

İş barədə məlumat

– Mühasibat uçotunun təşkili və aparılması

– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi

– DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi, dövlət orqanları ilə hesablaşmaların həyata keçirilməsi

– Mal-material ehtiyatlarının, xaricdən idxal edilən xammal və materialların uçotunun aparılması

– İnventarizasiyanın həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi

– Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi

– Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları (maliyyə, istehsal, satış) ilə təmin etmək

– İş qrafiki: 6 günlük iş qrafiki

– Nahar və çay şirkət hesabına qarşılanır

 

Bax: Xərclər və maya dəyər uçotu üzrə mühasib tələb olunur

Namizədə tələblər

– Xanım namizədlər (yaş həddi 40-dan yuxarı) üstünlük veriləcək

– Mühasibatlıq üzrə ümumi bilikləri olmalı

– AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericilikdən məlumatı olmalı

– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)

– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması

– Balansın çıxarılması

– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı

Şəkilli “CV”-nizi mövzu yerinə mühasib yazaraq hacioglu2018@bk.ru ünvanına göndərməyiniz xahiş olunur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published.