Hamiləliyə və doğuma görə müavinətin hesablanması qaydası

posted in: Xəbər | 0

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nda edilmiş dəyişikliklərdən sonra hamiləliyə və doğuma görə müavinətin ödənilməsi tələbləri də yenilənib. Dəyişiklikləri və əsas məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Qaydanın 3.1-ci maddəsinə əsasən, sığortaolunanlara hamiləliyə və doğuma görə müavinət sığortaedən tərəfindən Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Әmək və məşğulluq” altsisteminə (ӘMAS) hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra həmin altsistemdən əldə olunmuş məlumatlar əsasında bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq verilir. Qaydalardan göründüyü kimi, müavinətin təyin edilməsi üçün ilkin şərt işəgötürən tərəfindən ӘMAS sisteminə müvafiq məzuniyyət əmrin daxil edilməsidir. Hesablanma sistemdə mövcud olan məlumatlar əsasında həyata keçirilir.

Qeyd edək ki, Әmək Məcəlləsinin 85-ci maddəsinin 1-1-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir.

ӘMAS altsistemində sosial məzuniyyətin rəsmiləşdirilməsi üçün xüsusi bölmə mövcud olsa da bəzi hallarda həmkarlarımız kağız formada hazırlanmış əmri dövlət qurumuna təqdim edirdilər. Halbuki qaydaların tələbi ondan ibarətdir ki, ilk növbədə məzuniyyət əmri ӘMAS-da tərtib edilməlidir. Öncəki dövrlərdə tətbiq onunan müavinət komissiyasının protokoluna artıq ehtiyac yoxdur.

Mühasibat xidmətləri

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 3.2-ci bəndində qeyd edilir ki, hamiləliyə və doğuma görə məzuniyyət müddəti əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyət dövrünə təsadüf etdikdə hamiləliyə və doğuma görə məzuniyyət dövrünə düşən bütün təqvim günləri üçün müavinət verilir. Buradan aydın olur ki, hamiləliyə və doğuma görə məzuniyyət digər məzuniyyət növləri ilə üst-üstə düşdükdə belə, həmin dövrün bütün təqvim günləri üçün müavinət hüququ saxlanılır.

Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı yanaşma fərqlidir. Belə ki, işçi ödənişsiz məzuniyyət, təhsil, yaradıcılıq və qismən ödənişli sosial məzuniyyət dövründə əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona müavinət hesablanmırdı. Qaydanın 3.3-cü bəndində qeyd edilir ki, bu Qaydanın 2.8-ci bəndində göstərilən düsturlarla hesablanmış hamiləliyə və doğuma görə müavinətin aylıq məbləği “Әmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Beləliklə, hamiləliyə və doğuma görə müavinət ümumi düsturla hesablanır, lakin aylıq məbləğ üzrə maksimum hədd tətbiq edilir (minimum əmək pensiyasının 25 misli).

Xatırladaq ki, “Әmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub. Bu halda aylıq maksimum hədd – 8.000 manat (320 manat x 25 misli) təşkil edir.

Qaydanın 3.4-cü bəndində qeyd edilir ki, hamiləliyə və doğuma görə müavinət bu Qaydanın 2.3-cü, 2.4-cü və 2.21-ci bəndləri nəzərə alınmaqla 2.8-ci, 2.9-cu, 2.11-ci, 2.13–2.15-ci bəndlərə uyğun olaraq hesablanır və 100 faizi miqdarında ödənilir. Bu müddəanı qısa şəkildə belə xülasə etmək olar:

– Hesablanma mexanizmi әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsi üzrә tәtbiq edilәn düsturlara әsaslanır;

– Əvvәlki ardıcıl 4 rüb üzrә әmәk fәaliyyәti olmadıqda minimum әmәkhaqqı üzrә hesablanma tәtbiq edilir.

Qeyd edək ki, qismən ödənişli sosial məzuniyyət dövründə işçi növbəti övladını dünyaya gətirdiyi halda və sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki ardıcıl 4 rüb ərzində şəxs qismən ödənişli sosial məzuniyyətdə olmuşdursa, bu zaman müavinətin hesablanması minimum əməkhaqqı əsasında aparılacaq.

– Əsas vә әlavә iş yerlәri üzrә qaydalar tәtbiq edilir;

– Çıxılan günlәrlә bağlı tәlәblәr nәzәrә alınır;

– 180 gün әrzindә yenidәn hesablama mexanizmi tәtbiq oluna bilәr.

Qaydanın 3.5-ci maddəsinə əsasən, Qanunun 14.5-ci maddəsində göstərilən və aşağıdakı şərtlərə cavab verən sığortaolunanlara (muzdlu işçi cəlb etməyən) hamiləliyə və doğuma görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrü əhatə edən hesabat dövrü bitdikdən sonra bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında təyin olunur və ödənilir:

– 3.5.1. sığorta hadisәsi baş verdiyi aydan etibarәn әvvәlki son 4 rübün 6 ayında mәcburi dövlәt sosial sığorta haqqını qanunvericiliklә müәyyәn edilmiş mәblәğdә ödәdikdә;

– 3.5.2. sığorta hadisәsi baş verdiyi tarixә mәcburi dövlәt sosial sığorta haqqı üzrә borcu olmadıqda;

– 3.5.3. fәaliyyәtini müvәqqәti dayandırdıqda.

Bu müddəa muzdlu işçi cəlb etməyən fərdi sahibkarlara şamil olunur və onların müavinət hüququnun yaranması üçün əlavə şərtlər müəyyən edir. Belə ki, fərdi sahibkarlar üçün hamiləliyə və doğuma görə müavinət proaktiv qaydada tətbiq edilmir. Fərdi sahibkar bu Qaydanın 1 nömrəli Əlavəsinə uyğun müraciət etməlidir və müraciət yalnız 3.5-ci maddədə göstərilən şərtlər ödənildikdə təmin olunur. Eləcə də xanım olan fərdi sahibkara hamiləliyə və doğuma görə müavinət ödənilirsə, həmin şəxs sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyət ilə məşğul ola bilməz və həmin vergi ödəyicisinin fəaliyyəti müvəqqəti dayandırılmalıdır.

Mənbə: vergiler.az

ƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?

error: Content is protected !!