Sual: Özəl müəssisədə çalışan fiziki şəxsin aylıq əmək haqqı 200 manatdır. Bu məbləğdən sosial sığorta haqqı hesablanırmı?
Cavab: “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatadək olan işçidən 6 manat məbləğində sosial sığorta haqqı tutulur (200×3%=6 manat).
Əsas: “Sosial Sığorta haqqında” Qanun, 14-cü maddə.
Mənbə: vergiler.az