Həyatın yığım sığortası üzrə 50%-lik limit köhnə müqavilələrə də aiddir?

posted in: Xəbər | 0
birbank biznes

həyat sığortasıSual: Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına görə, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Hansı əsasla bu qanun daha əvvəl bağlanmış müqavilələrə də tətbiq olunur (geriyə şamil edilir)?


Mikro sahibkarlıq subyekti əmlak vergisindən azaddırmı?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına görə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu maddənin müddəaları 1 yanvar 2019-cu il tarixədək bağlanmış həyatın yığım sığortası müqavilələrinə də tətbiq olunur.


Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

Qeyd olunanlara əsasən 3 ildən az olmayan müddətə bağlanan həyatın yığım sığortası müqaviləsi üzrə işəgötürən tərəfindən sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olan hissədə sığortaçılara köçürülən məbləğ ümumi qaydada gəlir vergisinə cəlb edilir.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də son dövrlərdə vergi ödəyicilərinin hüquqlarının qorunması, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində geniş islahatlar aparılır. Qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi barədə təkliflərinizi bizə yaza bilərsiniz” rubrikasına göndərə bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email