Hindistanda həftədə üç gün işləyəcəklər

posted in: Xəbər | 0
birbank biznes

Hindistanın fintech-startapı “Slice” yeni işçilərə cari bazar tarifinin 80 faizi məbləğində əməkhaqqı ilə həftədə üç gün işləməyi təklif edir. IT sahəsində işçi qüvvəsinin çatışmazlığı səbəbindən ölkə şirkətləri mütəxəssislər uğrunda yarışırlar. “Slice” cəlbedici yeniliklərin ona rəqiblər üzərində üstünlük verəcəyinə ümid edir, “Bloomberg” belə yazıb.

Şirkətin təsisçisi Racan Badcac hesab edir ki, üçgünlük iş həftəsi – işçilərin sabit əməkhaqqı və rəsmi məşğulluğunun faydalarını saxlamaqla, digər məşğuliyyətlərə və hobbilərə vaxt ayırmalarına imkan verən “məğlubiyyətsiz yanaşma”dır. “Bu, işin gələcəyidir. Adamlar ona bağlı qalmaq istəmirlər. İşçilər həftədə üç gün işləməklə, maaşlarını və tam güzəşt həcmini ala bilərlər, qalan vaxtlarını isə bir startap xəyalının arxasınca getməklə, həm təsisçi axtarışında və ya işlə əlaqəli olmayan bir hobbi axtarışında keçirə bilərlər”, – 28 yaşlı Badcac bəyan edib. İndi 450 işçisi olan “Slice” startapı, önümüzdəki üç il ərzində 1000 mühəndis və məhsul üzrə meneceri işə götürməyi planlaşdırır. “Slice”, oktyabrın 1-də yeni iş şərtlərini açıqlayıb və bununla bağlı uyğun bir an seçdiyini düşünür:  milyonlarla mütəxəssis təxminən iki illik onlayn çalışmadan sonra tam əyani iş rejiminə qayıtmağa hazırlaşır.

Startap işə 2016-cı ildə başlayıb və hindistanlı gənclər üçün kredit kartlarının buraxılışı sahəsində ixtisaslaşıb. 2019-cu ildə buraxılan ilk “Slice” fiziki kartı bir dəqiqədən də az müddətdə qeydiyyat, keşbek və bir neçə ödəniş variantı nəzərdə tuturdu. Yalnız 2021-ci ilin sentyabr ayında şirkət 110 min kart buraxıb ki, bu da onu sözügedən sənayenin aparıcı startaplarından birinə çevirib. Yeni “üçgünlük” proqram çərçivəsində işə götürülən əməkdaşlar komandalarda birləşəcək və “indi al, sonra ödə” (buy now pay later) prinsipi ilə təşkil edilən kriptovalyuta layihələri və məhsulları üzərində işləyəcəklər. Amma bu cür işləmək üçün əməkdaşların cəlb olunması şərtləri sərt olacaq. “Üç günlük iş həftəsi, “Google” və “Amazon” kimi böyük texnoloji şirkətlərin təklif etmədiyi imtiyazlar olduğundan, müəyyən bir çaplı istedadlar əldə etməyə imkan verir”, – o, belə söyləyib.

Şirkətlər ən azından 100 ildir ki, daha qısa iş həftəsinə keçidlə bağlı eksperiment aparırlar. Bu cür iş şəraitinin tərəfdarları əməkdaşların məhsuldarlığının və rifahının yüksəlməsini göstərən tədqiqatlara istinad edirlər. Dördgünlük iş həftəsinin birmənalı effektivliyi, artıq Şotlandiya və İslandiya kimi bəzi ölkələriN vətəndaşlarına daha az işləməyə icazə verməyə sövq edib. Texnologiya nəhəngi Amazon da 2018-ci ildə dördgünlük iş həftəsi ilə təcrübəyə başlayıb, ancaq yalnız seçilmiş işçilər üçün. Rusiyada oxşar təşəbbüs müzakirə olunur, lakin hakimiyyət hələlik onu məqsədəuyğun hesab etmir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email