ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.
Hazırda ATL İnfoTech şirkəti “ İnsan Resurslarına Stajçı” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Vəzifə öhdəlikləri:
• İnsan Resursları işlərinin hər bir sahəsində tələb olunan fəaliyyətləri icra etmək
• İnzibati şöbənin işlərində tələb olunanları icra etmək
• İRMS-də (İnsan Resursları Məlumatları Sistemi) işçi heyəti barədə məlumatlarının daxil edilməsi;
• İR şöbəsinin digər faəliyyət sahələrində (İşəqəbul, Təlim və s.) bilik və bacarıqların əldə edilməsi və ehtiyac olduqda bu sahələrdə verilən tapşırıqları yerinə yetirmək.
Həmçinin bax: 1200 manat məvaciblə Mühasib tələb olunur
Tələblər:
• Ali təhsil (tələbə )
• Rus, ingilis dilləri arzuolunandır
• Məsuliyyətli
• Diqqətli
• Səliqəli
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə applicants@atltech.az / info@finstaff.az
elektron ünvanına mövzu hissəsində “Stajçı” qeyd etməklə göndərə bilərlər.
Mənbə: jobsearch.az