“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

ƏDV-dən azad edilən kitab və kağızlar, ixrac gömrük rüsumlarının dərəcələri, idxal gömrük rüsumlarının dərəcələri, gömrük rüsumu, Əmək pensiyalarının hesablanması, lisenziyalar və icazələr, E-qaimə ilə bağlı Qərar, qeyri-iş 2022, vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 413-VIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1535 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No 4, maddə 384, No 9, maddə 868, No 12, maddə 1228; 2006, No 10, maddə 902; 2008, No 9, maddə 853, No 12, maddə 1104; 2010, No 6, maddə 548, No 7, maddə 705; 2011, No 5, maddə 445, No 12, maddə 1248; 2012, No 4, maddə 391, No 5, maddə 491, No 11, maddə 1200; 2014, No 5, maddə 548, No 6, maddə 748, No 9, maddələr 1121, 1122; 2015, No 2, maddə 212; 2016, No 9, maddə 1581; 2017, No 6, maddə 1230, No 10, maddə 1879; 2018, No 7 (II kitab), maddə 1663; 2019, No 4, maddə 764, No 6, maddə 1161, No 12, maddə 2078; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 fevral tarixli 45 nömrəli və 26 fevral tarixli 64 nömrəli qərarları) ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

“6.1-1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-1-ci maddəsinə uyğun olaraq kommersiya qurumları və publik hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.”.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 may 2022-ci il

Mənbə: nk.gov.az


Print Friendly, PDF & Email