IAS (Mühasibat Uçotunun Beynəlxalq Standartları-MUBS) 1973-cü ildə yaradılmış Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsi (IASC) tərəfindən buraxılan, mühasibat uçotunu beynəlxalq səviyyədə tənzimləyən sənədlər toplusudur.
2001-ci ildə Komitəsini əvəz edən Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) bu standartları tanıdı və təsdiq etdi.
Aşağıdakı cədvəldə hər bir IAS standartınşn ən son versiyası və düzəlişlərin ilkin olaraq verildiyi tarix qeyd olunub. Standart eyni və ya fərqli adla yenidən verildikdə, cədvəldə standartın yenidən işlənmə tarixi qeyd olunub (ulduzla (*) göstərilir).
IAS standartları
| # | Name/Adı | Issued/ buraxılış tarixi |
| IAS 1 | Presentation of Financial Statements / Maliyyə hesabatlarının təqdim edilməsi. | 2007* |
| IAS 2 | Inventories / Ehtiyatlar | 2005* |
| IAS 3 | Consolidated Financial Statements (Superseded in 1989 by IAS 27 and IAS 28) / Konsolidasiya Edilmiş Maliyyə Hesabatları (1989-cu ildə IAS 27 və IAS -lə əvəz olunub) | 1976 |
| IAS 4 | Depreciation Accounting (Withdrawn in 1999) / Amortizasiya Uçotu (1999-cu ildə ləğv edilib) |
|
| IAS 5 | Information to Be Disclosed in Financial Statements (Superseded by IAS 1 effective 1 July 1998) / Maliyyə Hesabatlarında Açıqlanacaq Məlumatlar (1 iyul 1988-ci ildən IAS1-lə əvəz edilib) | 1976 |
| IAS 6 | Accounting Responses to Changing Prices (Superseded by IAS 15, which was withdrawn December 2003) / Qiymətlərin Dəyişməsinə Mühasibat Uçotu Cavabları (2003-cü ilin dekabr ayında ləğv edilmiş IAS 15 ilə əvəz edilmiş) | |
| IAS 7 | Statement of Cash Flows / Pul vəsaitlərinin hərəkəti haqqında hesabat | 1992 |
| IAS 8 | Accounting Policies, Changes in Accounting Estimates and Errors / Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər | 2003 |
| IAS 9 | Accounting for Research and Development Activities (Superseded by IAS 38 effective 1 July 1999) / Tədqiqat və İnkişaf Fəaliyyətlərinin Uçotu (1 iyul 1999-cu il tarixindən etibarən qüvvədə olan 38 saylı IAS İlə əvəz edilmişdir) | |
| IAS 10 | Events After the Reporting Period / Hesabat dövründən sonrakı hadisələr. | 2003 |
| IAS 11 | Construction Contracts (Superseded by IFRS 15 as of 1 January 2017) / Tikinti müqavilələri (1 yanvar 2017-ci il tarixindən etibarən IFRS 15 ilə əvəz edilmişdir) | 1993 |
| IAS 12 | Income Taxes / Mənfəət vergisi | 1996* |
| IAS 13 | Presentation of Current Assets and Current Liabilities (Superseded by IAS 1 effective 1 July 1998) / Cari Aktivlərin və Cari Öhdəliklərin Təqdimatı (1 iyul 1998-ci ildən IAS 1 ilə əvəz olunub) | |
| IAS 14 | Segment Reporting (Superseded by IFRS 8 effective 1 January 2009) / Seqment hesabatı (1 yanvar 2009-cu ildən IFRS 8 ilə əvəz olunub) | 1997 |
| IAS 15 | Information Reflecting the Effects of Changing Prices (Withdrawn December 2003) / Dəyişən Qiymətlərin Təsirlərini Əks Edən Məlumatlar (2003-cü ilin dekabr ayında geri götürülüb) | 2003 |
| IAS 16 | Property, Plant and Equipment / Torpaq, tikili və avadanlıqlar | 2003* |
| IAS 17 | Leases (Superseded by IFRS 16 effective 1 January 2019) / İcarə (1yanvar 2019-cu ildən IFRS 16 ilə əvəz edilib) | 2003* |
| IAS 18 | Revenue (Superseded by IFRS 15 effective 1 January 2017) / Gəlir (1 yanvar 2017-ci ildən IFRS 15 ilə əvəz olunub) | 1993* |
| IAS 19 | Employee Benefits (1998) Superseded by IAS 19 (2011) effective 1 January 2013 / İşçilərin Mükafatlandırılması (1 yanvar 2013-cü il tarixindən etibarən qüvvədə olan IAS 19 (2011) ilə əvəz edilmişdir ) | 1998 |
| IAS 19 | Employee Benefits (2011) / İşçilərin Mükafatlandırılması (2011) | 2011* |
| IAS 20 | Accounting for Government Grants and Disclosure of Government Assistance / Hökumət Subsidiyalarının Uçotu Və Hökumət Yardımı Haqqında Məlumatın Açıqlanması | 1983 |
| IAS 21 | The Effects of Changes in Foreign Exchange Rates / Xarici Valyuta Məzənnələrində Dəyişikliklərin Təsiri | 2003* |
| IAS 22 | Business Combinations (Superseded by IFRS 3 effective 31 March 2004) / Biznesdə Birləşmələr (31 mart 2004-cü ildən IFRS 3 ilə əvəzlənib) | 1998* |
| IAS 23 | Borrowing Costs / Borclar Üzrə Məsrəflər | 2007* |
| IAS 24 | Related Party Disclosures / Əlaqəli Tərəflərlə Bağlı Məlumatların Açıqlanması | 2009* |
| IAS 25 | Accounting for Investments (Superseded by IAS 39 and IAS 40 effective 2001) / İnvestisiyaların Uçotu (2001-ci ildən qüvvədə olan IAS 39 və IAS 40 ilə əvəz edilmişdir) | |
| IAS 26 | Accounting and Reporting by Retirement Benefit Plans / Pensiya Təminatı Planları Üzrə Mühasibat Uçotu Və Hesabatlılığı | 1987 |
| IAS 27 | Separate Financial Statements (2011) / Fərdi Maliyyə Hesabatları | 2011 |
| IAS 27 | Consolidated and Separate Financial Statements (Superseded by IFRS 10, IFRS 12 and IAS 27 (2011) effective 1 January 2013) / Konsolidasiya Edilmiş Və Ayrıca Maliyyə Hesabatları (1 yanvar 2013-cü il tarixindən etibarən qüvvədə olan IFRS 10, IFRS 12 və IAS 27 (2011) ilə əvəz edilmişdir) | 2003 |
| IAS 28 | Investments in Associates and Joint Ventures (2011) / Asılı Müəssisələrə Və Birgə Müəssisələrə İnvestisiya Qoyuluşları | 2011 |
| IAS 28 | Investments in Associates (Superseded by IAS 28 (2011) and IFRS 12 effective 1 January 2013) / Asılı Müəssisələrə İnvestisiya (1 yanvar 2013-cü il tarixindən etibarən qüvvədə olan IAS 28 (2011) və IFRS12 ilə əvəz edilmişdir) | 2003 |
| IAS 29 | Financial Reporting in Hyperinflationary Economies / Hiperinflyasiyalı İqtisadiyyatlarda Maliyyə Hesabatlılığı | 1989 |
| IAS 30 | Disclosures in the Financial Statements of Banks and Similar Financial Institutions (Superseded by IFRS 7 effective 1 January 2007) / Bankların və Oxşar Maliyyə İnstitutlarının Maliyyə Hesabatlarında Açıqlamalar ( 1 yanvar 2007-ci ildən IFRS 7 ilə əvəzlənib) | 1990 |
| IAS 31 | Interests In Joint Ventures (Superseded by IFRS 11 and IFRS 12 effective 1 January 2013) / Birgə Müəssisələrdə Paylar (1 yanvar 2013-cü il tarixindən qüvvədə olan IFRS 11 və IFRS 12 ilə əvəz edilib) | 2003* |
| IAS 32 | Financial Instruments: Presentation/ Maliyyə Alətləri: Təqdimat | 2003* |
| IAS 33 | Earnings Per Share/ Səhm Üzrə Mənfəət | 2003* |
| IAS 34 | Interim Financial Reporting/ Aralıq Maliyyə Hesabatlılığı | 1998 |
| IAS 35 | Discontinuing Operations (Superseded by IFRS 5 effective 1 January 2005) / Dayandırılmış Əməliyyatlar (1 yanvar 2005-ci il tarixindən etibarən qüvvədə olan IFRS 5 ilə əvəz edilmiş) | 1998 |
| IAS 36 | Impairment of Assets / Aktivlərin Qiymətdən Düşməsi. | 2004* |
| IAS 37 | Provisions, Contingent Liabilities and Contingent Assets / Yaradılmış Ehtiyat Fondları, Şərti Öhdəliklər Və Şərti Aktivlər | 1998 |
| IAS 38 | Intangible Assets / Qeyri-maddi aktivlər | 2004* |
| IAS 39 | Financial Instruments: Recognition and Measurement (Superseded by IFRS 9 where IFRS 9 is applied) / Maliyyə Alətləri: Tanınma Və Ölçülmə (IFRS 9 tətbiqi ilə IFES 9—la əvəzlənib) | 2003* |
| IAS 40 | Investment Property / İnvestisiya Mülkiyyəti | 2003* |
| IAS 41 | Agriculture / Kənd Təsərrüfatı | 2001 |
MUBS-nın məzmunları ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq olar.
