Azərbaycanda icarəçi sahibkarlara vergi dəstəyi veriləcək

posted in: Xəbər | 0
birbank biznes

vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri də əmlak icarəyə götürən sahibkarlara dəstəyin verilməsi ilə bağlıdır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Təklifə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə götürən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur.

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi əsas vəsaiti icarəyə götürdüyü və balansda uçota almadığı halda, həmin əsas vəsait üzrə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır. Eyni zamanda, icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirildikdə, həmin əsas vəsait üzrə çəkilən təmir xərcləri icarə haqqı şəklində gəlirdən çıxılan xərclərə aid edilir.

Göründüyü kimi, mövcud təcrübədə icarəçi vergi ödəyicisi tərəfindən icarəyə götürülən əmlaka görə təmir xərcləri çəksə də, belə xərcləri icarə haqqı ilə əvəzləşdirə bilmədiyi halda gəlirdən çıxılan xərclərə aid edə bilmir. Nəticədə, icarəyə götürən şəxs faktiki olaraq xərc çəksə də, həmin əmlak onun balansında olmadığına görə, bu xərci gəlirindən çıxa bilmir.

Təklif olunan dəyişiklik sahibkarlıq subyektlərinin hüquqlarını genişləndirməklə vergi ödəyicisinin balansında olmayan əsas vəsaitlər üzrə çəkilən təmir xərclərinin amortizasiya ayırmaları şəklində gəlirdən çıxılmasını qanunvericilikdə təsbit edir. Bununla da sahibkarın real xərci gəlirdən çıxılan xərc kimi tanınır və onun maliyyə yükünə müsbət təsir etmiş olur.

Mənbə: report.az


Print Friendly, PDF & Email