Bəzi malların idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbul, Dövlət qulluğu, Dövlət rüsumu, müqavilə, təsisçi, direktor, boşalan iş yeri, gömrük məcəlləsi, gomruk mecellesi,işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əməkAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə (ixrac gömrük rüsumları)

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli; 2020-ci il 31 yanvar tarixli 28 nömrəli və 7 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2202 10 000 9 və 2202 99 190 2 alt yarımmövqelərinə aid sətirlərin “Mal mövqelərinin adları” sütunundan “alkoqolsuz” sözü çıxarılsın;

1.2. 2208 90 690, 2208 90 690 1 və 2208 90 690 9 alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2208 90 690 – – – – – digər alkoqollu içkilər    
2208 90 690 1 – – – – – – tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləş L, 100% 1 litr, 2,0 ABŞ dolları
2208 90 690 9 – – – – – – digərləri L, 100% spirt 1 litr, 2,0 ABŞ dolları

1.3. 2208 90 780, 2208 90 780 1 və 2208 90 780 9 alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2208 90 780 – – – – digər alkoqollu içkilər    
2208 90 780 1 – – – – – tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər L, 100% 1 litr, 2,0 ABŞ dolları
2208 90 780 9 – – – – – digərləri L, 100% spirt 1 litr, 2,0 ABŞ dolları

  1. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 17 fevral 2020-ci il
№ 44



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ixrac gömrük rüsumları, idxal
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *