IFRS: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) – siyahı

posted in: Xəbər | 0

IFRS (International Financial Reporting Standards) və ya Azərbaycan dilində Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) — şirkətlərin maliyyə hesabatlarını necə hazırlamalı və təqdim etməli olduqlarını müəyyən edən qlobal uçot qaydaları toplusudur.

1973-cü ildə Avstraliya, Kanada, Fransa, Almaniya, Yaponiya, Meksika, Niderland, Birləşmiş Krallıq/İrlandiya və Amerika Birləşmiş Ştatlarının peşəkar mühasibat qurumları dünya miqyasında qəbul edilən mühasibat standartlarını hazırlamaq və inkişaf etdirmək üçün Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsini (IASC) təşkil edirlər. 1989-cu il IASC ilk beynəlxalq “konseptual çərçivə” olan Maliyyə Hesabatlarının Hazırlanması və Təqdimatı üzrə Çərçivəni dərc etdirir. Sonrakı dövrlərdə komitə mühasibat uçotunun müxtəlif aspektlərinin tənzimləmək məqsədi ilə bir sıra IAS – Mühasibat Uçotunun Beynəlxalq Standartlarını (MUBS) dərc etdirir.

2000-ci ildə IASC standart qəbulunu tamamlayır və yeni idarə heyətinə keçid təklifləri verən bir bəyanat yayımlayır. Həmin ildə IASC müstəqil Qəyyumlar tərəfindən nəzarət edilən müstəqil Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasına (IASB) çevrilməklə özünü yenidən qurmağa razılıq verir. Şuranın strategiyası, İşçi Qrupunun hesabatı, eləcə də IASC-nin yenidən strukturlaşdırılmış üzvlərinin təsdiqi  və yeni konstitusiya ilə bağlı mətbuata açıqlamalar verilir.

2001-ci ildə IASB ilk iclasını keçirir, ilkin texniki gündəliyi elan edir və əvvəllər dərc olunmuş IASC Standartlarını (IAS) qəbul edir və sonrakı istifadə üçün tanıyır.

Mühasibat xidmətləri

2003-cü ildə IASB özünün ilk Mühasibat Uçotu Standartını( IFRS 1: First-time Adoption of International Financial Reporting Standards / MHBS 1: Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə tətbiq edilməsi) nəşr etdirir.

IFRS standartları

Aşağıdakı cədvəldə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının son versiyası və düzəlişlərin ilkin olaraq verildiyi tarix qeyd olunub. MHBS eyni və ya fərqli adla yenidən verildikdə, cədvəldə göstərilən tarix standartın yenidən verildiyi tarixdir (bunlar ulduz (*) ilə göstərilir).

# Name/Adı Issued/ Buraxılış tarixi
IFRS 1 First-time Adoption of International Financial Standards / Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə tətbiq edilməsi. 2008*
IFRS 2 Share-based Payment / Pay alətləri əsasında ödəmə. 2004
IFRS 3 Business Combinations / Müəssisələrin birləşməsi. 2008*
IFRS 4 Insurance Contracts / Sığorta müqavilələri 2004
IFRS 5 Non-current Assets Held for Sale and Discontinued Operations / Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar 2004
IFRS 6 Exploration for and Evaluation of Mineral Assets/ Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi. 2004
IFRS 7 Financial Instruments: Disclosures / Maliyyə Alətləri: Məlumatların Açıqlamalar 2005
IFRS 8 Operating Segments/ Əməliyyat seqmentləri 2006
IFRS 9 Financial Instruments / Maliyyə Alətləri 2013*
IFRS 10 Consolidated Financial Statements / Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları 2011
IFRS 11 Joint Arrangements/ Birgə razılaşmalar 2011
IFRS 12 Disclosure of Interests in Other Entities / Digər müəssisələrdə iştirak paylarının açıqlanması 2011
IFRS 13 Fair Value Measurement/ Ədalətli Dəyərin Ölçülməsi 2011
IFRS 14 Regulatory Deferral Accounts/ Təxirə salınmış tarif düzəlişləri üzrə hesablar. 2014
IFRS 15 Revenue from Contracts with Customers / Müştərilərlə müqavilələr üzrə gəlirlər 2014
IFRS 16 Leases / İcarələr 2016
IFRS 17 Insurance Contracts / Sığorta müqavilələri 2017
IFRS 18 Presentation and Disclosures in Financial Statements / Maliyyə Hesabatlarında Təqdimat və Açıqlamalar 2024
IFRS 19 Subsidiaries without Public Accountability: Disclosures / İctimaiyyət qarşısında hesabatlılığı olmayan törəmə müəssisələr: Açıqlamalar 2024
IFRS 20 Regulatory Assets and Regulatory Liabilities / Tənzimləyici Aktivlər və Tənzimləyici Öhdəliklər 2026

Ayrı-ayrı IFRS (MHBS) standartların məzmunu və dəstəkləyici materiallarla aşağıdakı linkdən tanış olmaq olar.

https://www.ifrs.org/issued-standards/list-of-standards/