İnventarlaşdırma: tarix və müasirlik (IV hissə)

posted in: Xəbər | 0
birbank biznes

İnventarlaşdırma mühasibat uçotu metodu kimi / IV hissə

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


inventarlaşdırma,İnventarlaşdırma müəssisənin iqtisadi gücünü müəyyən etməyə imkan verir. L. I. Gombert

İnventarlaşdırma – mühasib işinin ayrılmaz hissəsidir. Nə vaxtsa bu uçot işinin yeganə üsulu olub. Zamanla onun rolu dəyişildi, amma, o, yox ola bilmədi.

Bunun yaddaşa həkk olunması üçün sözlər və əlifba icad edilmişdir. Sözlər sehirli məna daşıyırdı: “Və İoanın İncilində deyilir ki, söz – bu Tanrıdır”. Əlifba ilə məsələ daha sadə idi. Onun finikiyalı tacirlərin yanında ortaya çıxması sirrini biz əlifbanı icad edən Kadmın dilindən, amma, Anatol Fransın şərhində öyrənəcəyik: “Əgər siz, mərhəmətli hökmdar – Kadm deyir, – ticarətlə məşğul olmaq üçün lazım olan əqli qabiliyyətin çatışmazlığına görə mühasib olmağa məcbur edilmişsinizsə, sizə əlifba verən mənə pərəstiş etməli idiniz… Siz, əlbəttə başa düşürsünüz ki, mən bunu sadəcə öz kommersiya tələbatlarıma görə yaratmışam… Mənə sürətli qeydlər üçün nişanların sadə bir sistemi lazım idi”.

Bəs bu “sürətli qeydlər” nəyə lazım idi?  Əlbəttə ki, əmlakın sayılması və qonşularla hesablaşma üçün. Birinci iş inventarlaşdırmanın köməyilə, ikinci isə kollasiyanın yardımı ilə yerinə yetirilirdi. Bu, indiyə qədər mühasibat uçotunun əsasını təşkil edən və indi onun metodunun elementləri adlandırılan ilk iki üsul idi.

İnventarlaşdırma aşağıdakı səbəblərlə bağlıdır:
  • birincisi, onun olmasının sadə təsdiqi. Burada çoxlu nümunələr gətirmək olar. Döyüş baş verib, qənimətlər ələ keçirilib – onları qeyd etmək lazımdır. Bir mövsüm işləmişik, amma, necə işləmişik, mülkiyyətimiz artıb və ya azalıb – bunu yalnız inventarlaşdırma yolu ilə müəyyənləşdirə bilərik. Mövsümə qədər yoxlama olub, mövsümdən sonra yoxlama həyata keçirilib. Beləliklə də insanlar öz gəlirləri barədə məlumat əldə ediblər. Həmin inventarlaşdırma sayəsində adamlar ağlayacaqlarını və ya güləcəklərini müəyyən edirlər. Sonralar, əlbəttə mühasiblər inventarlaşdırma olmadan da maliyyə nəticələrini müəyyən etməyi öyrənəcəklər. Lakin, bir var nəticə registrlərdə olur, bir də var anbarlarda;
  • ikincisi, hesabat verməli adamlara nəzarət. Uçot sistemi olduqda hesabat verməli şəxslərin dəqiqliyini və düzgünlüyünü yoxlamaq zərurəti ortaya çıxır.

Beləliklə, biz iki əsas ideya ilə qarşılaşırıq: həqiqətin təsviri və onun təsdiqi. Hər iki fikir insan sivilizasiyasının mənşəyinə aiddir.

Beləliklə, əsl vəziyyətin təsviri Qədim Misir, Babilistan, Qədim Çin kimi dövlətlərdə uçotun daimi xüsusiyyətlərindən biri idi.

“Əmlakın hesablanması”, yəni, fironun dəyərlərinin inventarlaşdırılması Qədim Misirdə o qədər mühüm iş sayılırdı ki, padşahların hakimiyyət illəri məhz, onların keçirildiyi vaxta təsadüf edirdi. İnventalaşdırma nə qədər çox icra olunurdusa – hökmdar bir o qədər müdrik və onun xalqı da bir o qədər xoşbəxt idi (ən azından belə hesab olurdu).


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email