Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (I hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatında qadın rəhbərlər

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?

Son illər bütün dünya üzrə şirkətlərin rəhbərliyində daha çox qadınlar təmsil olunurlar. Qadın rəhbərlər firmalara daha çox gəlir gətirirlər və mürəkkkəb tapşırıqlı işlərin öhdəsindən ümumilikdə daha yaxşı gəlirlər. Lakin gender bərabərliyindəki uğurlar hazırda təhlükə altındadır, çünki koronavirus böhranından ən çox zərbə alan sənaye sahələrində fəal iştirak edən qadınlardır. Epidemiya qadınların uğurlarını nəzərəçarpacaq dərəcədə geri atıb və onların hüquqlarını pozub. Bu da dünya iqtisadiyyatı üçün trilyonlarla dollarlıq itkiyə səbəb ola bilər.

Yumşaq güc

Bu gün demək olar ki, bütün beynəlxalq şirkətlər rəngarənglik prinsipinə – özü də təkcə irqi, dini, mədəni, yaş müxtəlifliyinə deyil, həm də gender prinsipinə əməl edirlər. Bütün dünya üzrə direktorlar şuralarında qadın nümayəndələrin sayı artmaqdadır, amma, onların arasında sədr postunu tutanların sayı hələ də böyük deyil. Direktorlar şuralarındakı yerlərin 12 faizi qadınların payına düşür. Lakin onlar yalnız direktolar şurasının yalnız 4 faizinə rəhbərlik edirlər.

Trend son bir neçə ildə sürət götürməyə başlayıb: 2021-ci ildə qadınlar Fortune 500 (bu siyahıya ümumi gəlirinə görə 500 ən nəhəng amerikan korporasiyaları daxildir) siyahısından olan 41 şirkətə başçılıq edirlər. 2018-ci ildə isə CEO mövqeyinə cəmi 28 qadın iddia edirdi. Qadın-rəhbərlərin sayına görə Avropa ölkələri lider olaraq qalırlar, uzun illər birinciliyi İsveç qoruyub saxlayırdı. Lakin 2021-ci ildə bu ölkə öz mövqeyini itirib və yerini Fransa və Norveçə verib: bu ölkələrdə şirkətlərin rəhbərliyində təmsil olunan qadınların payı müvafiq olaraq 45 və 40 faiz, İsveçdə isə 38 faiz təşkil edir.

Lider dəyişikliyi dövlət siyasəti ilə izah olunur: Fransa və Norveçdə kvotalar tətbiq edilib, belə ki, korporasiyaları 40 faizlik həmin kovotaya məcburi əməl etməlidirlər. Almaniya da belə bir taktika seçib: indi üç və daha artıq adamdan təşkil olunan direktorlar şurasında ən azından bir nəfər qadın olmalıdır. İtaliyada ictimai və dövlət şirkətlərinin idarə heyəti və müşahidə şuralarının üzvləri arasında qadınların sayı 33 faizdən az olmamalıdır, Avstriyada isə dövlət təşkilatlarının rəhbərliyində 35 faiz qadınlar təmsil olunmalıdırlar.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *