İşçinin iş şəraiti ilə təmin olunması xərcləri gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0

 iş şəraiti

Sual: İşçini müvafiq iş şəraiti ilə təmin etmək lazımdır, o cümlədən iş yerində təmizlik olmalıdır. Bu ya servis kimi digər şəxs (fiziki və ya hüquqi) tərəfindən həyata keçirilə bilər, ya da işəgötürənin işçisi tərəfindən.

Bu, Əmək Məcəlləsində (həmçinin əmək müqaviləsində) nəzərdə tutulduğu kimi, əməyin mühafizəsi sahəsində qanunvericilik tərəfindən də tələb olunur, buna görə də məcburidir, eyni zamanda əmək müfəttişliyi tərəfindən buna nəzarət edilir. Əks halda cərimə tətbiq olunur. İşçini təmiz iş yeri ilə təmin etməklə əlaqədar xərclər gəlirdən çıxılırmı?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Təmizliyin təmin olunması üzrə xərclər gəlirin əldə olunması ilə bağlı deyil, eyni zamanda Əmək Məcəlləsinin müddəalarında təmizliyin təmin olunmasına dair tələb olsa da, müvafiq qanunvericilikdə hər hansı icbari ödəniş nəzərdə tutulmadığından sorğunuzda qeyd olunan müvafiq xərclər gəlirdən çıxılmır.

Bax: Vergi Məcəlləsinin 108-ci və 109.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *