İşdən çıxan işçiyə məzuniyyət haqqının ödənilməsi

posted in: Xəbər | 0
birbank biznes

vakansiya Vergi uçotu üzrə mütəxəssis Kreditin hesablanmasıTəcrübədə işəgötürənlər tərəfindən ən çox səhvə yol verilən hal işçinin əmək müqaviləsinə xitam verildiyi zaman istifadə edilməmiş məzuniyyət haqqı ödənilməməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi, işçinin hansı əsasla işdən çıxmasının ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsinə aiddiyyəti yoxdur.

Misal 1: Tutaq ki, 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan işçi 30 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən çıxır. İşçinin məzuniyyət günlərinin sayı 30 gündür. Bu zaman tənasüb üsulundan istifadə etməklə işçiyə düşən məzuniyyət günlərini tapaq:

12 ay – 30 gün
9 ay – X gün
X = (30 gün x 9 ay) / 12 ay= 22,5 gün

Deməli, işçinin istifadə edilməmiş məzuniyyət günlərinin sayı 22,5 gündür.

Misal 2: İşəgötürənin əmrinə əsasən, işçinin əmək müqaviləsinə əmək funksiyalarını icra etmədiyi üçün xitam verilib. İllik əsas məzuniyyət müddəti 21 gün olan işçinin ötən ildən 8 gün qalığı var. O, cari iş ilində 5 ay çalışsa da, əmək məzuniyyəti hüququndan istifadə etməyib. İkinci iş ilinə görə istifadə edilməmiş məzuniyyət günlərini tapmaq üçün tənasüb üsulundan istifadə edək.

12 ay – 21 gün
5 ay – X gün
X = (21 gün x 5 ay) / 12 ay= 8,75 gün

İşçinin öncəki iş ilindən 8 məzuniyyət günü qaldığını nəzərə alsaq, işdən çıxan işçiyə 16,75 (8 + 8,75) gün üçün istifadə edilməmiş məzuniyyət haqqı ödəniləcək.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email