İşəgötürənin əsas vəzifələri nədir?

posted in: Xəbər | 0
birbank biznes

İşəgötürən

  • Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək.
  • Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək.
  • Əmək müqavilələrinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək.
  • Kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək.
  • Əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək.
  • İşçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq.
  • İşçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün zəruri tədbirlər görmək.
  • Cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq.
  • Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədəbilən fəaliyyətə cəlb etməmək.

Mənbə: economy.gov.az

Həmçinin bax: Xidməti müqavilə kimə sərfəlidir: işəgötürənə, yoxsa işçiyə?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email