İşəgötürən və işçinin hüquqları nədir?

posted in: Xəbər | 0
birbank biznes

İşəgötürən

İşəgötürənin hüquqları:

  • Qanunvericiliyin tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur
    bölmələri ləğv etmək.
  • Əmək kollektivi ilə və ya həmkarlar ittifaqı təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək.
  • Əmək müqaviləsi bağlayarkən üç aydan çox olmayan sınaq müddətini müəyyən etmək.

Həmçinin bax: İşəgötürənin əsas vəzifələri nədir?

İşçinin hüquqları:

  • Əmək funksiyasına daxil olmayan işləri yerinə yetirməkdən imtina etmək, belə işləri icra etdikdə isə müvafiq əlavə əməkhaqqının
    verilməsini tələb etmək.
  • Mənzil şəraitinin, ailə üzvlərinin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvaiq sosial yardımlar almaq.
  • Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq.
  • Müvaiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq.
  • Qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək.
  • Hər il qanunvericlikdə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvaiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək.
  • Peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq.
  • Əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinədəyən ziyanın ödənilməsini tələb etmək.
  • İşəgötürən tərəindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək.

Həmçinin bax: Sığorta müqaviləsi bağlayarkən nələri tələb etmək lazımdır?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email