Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə seminar keçirib

posted in: Xəbər | 0
birbank biznes

seminarDövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə seminar keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması”,“Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” və “Xidmət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib. Tədbirdə Bakı şəhəri üzrə Nizami, Yasamal, Qaradağ rayonlarından və Xızı rayonundan olan işəgötürənlər iştirak edib.

Bax: Vergilər Nazirinə xüsusi rütbə verilib

Seminarda əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsasları diqqətə çatdırıb. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları, onun məzmunu və qüvvədə olma müddəti, həmin müqaviləyə əlavə və dəyişikliklər edilməsi, yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı müvafiq qayda və prinsiplər diqqətə çatdırılıb. Kollektiv saziş, onun hazırlanması və bağlanması qaydaları və s. barədə məlumat verilib.

Mənbə: mlspp.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

Print Friendly, PDF & Email