402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabının uçotu: qaydalar və praktik nümunələr

posted in: Xəbər | 0

Müasir təşkilatlarda işçilərin sosial rifahının təmin edilməsi məqsədilə güzəştli və ya adi şərtlərlə verilən bank kreditləri geniş yayılıb. Bu proses zamanı müəssisə kreditin alınmasında vasitəçi və ya zəmanətçi kimi çıxış edə bilər. Kreditin ödənilməsi isə işçiyə əməkhaqqı hesablaması zamanı ondan tutulur. Belə kreditlər, əgər öhdəlik bir ildən artıq müddəti əhatə edirsə, mühasibat uçotunda 402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabında əks olunur. Bu hesab üzrə aparılan uçot həm daxili nəzarət baxımından, həm də maliyyə hesabatlarının şəffaflığı üçün əhəmiyyətlidir.

402 saylı hesabın məzmunu və funksional mahiyyəti

402 saylı hesab işçilərə bankdan alınmış uzunmüddətli kreditlərin uçotunun aparılması üçün nəzərdə tutulub. Bu hesab passiv xarakter daşıyır və əməkdaşın öhdəliyini təşkil edir.

Hesabda bir ildən artıq müddətə verilmiş kreditlər (uzunmüddətli kreditlər) uçota alınır.

İşçilərə verilmiş bank kreditlərinin müddəti bir ildən az olduqda, bu öhdəliklər 502 saylı “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabında əks etdirilir. Beləliklə, işçilər üçün kreditlərin təsnifatı müddətə görə aşağıdakı kimi aparılır:

Mühasibat xidmətləri
  • qısamüddətli – uçotu 502-ci hesabda aparılır;
  • uzunmüddətli – uçotu 402-ci hesab hesabda aparılır.

Hesabından istifadə məqsədləri

402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabından aşağıdakı məqsədlər üçün aldığı uzunmüddətli kreditlərin üzrə məlumatları ümumiləşdirmək üçün istifadə olunur:

  • fərdi mənzil tikintisi, bağ evlərinin tikintisi və sair bu kimi məqsədlərə borc vermək;
  • nisyə (kreditlə) satılan mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər.

Praktikada hesab üzrə kreditin verilmə istiqamətindən asılı olaraq aşağıdakı subhesabların açılması hallarına rast gəlinir:

  • “Kreditə (nisyə) satılmış mallara görə” – 402-1 saylı subhesab;
  • “Fərdi mənzil tikintisi” – 402-2 saylı subhesab;
  • “Bağ evlərinin tikintisi” – 402-3 saylı subhesab;
  • “Sair şəxsi ehtiyaclar üçün” – 402-4 saylı subhesab.

Bank kreditinin təyinat istiqamətindən asılı olaraq digər subhesablar da açıla bilər.

Uzunmüddətli bank kreditlərinin uçot xüsusiyyətləri

Uzunmüddətli bank kreditlərinin uçotu zamanı aşağıdakı məqamlar nəzərə alınmalıdır:

  • kredit müqaviləsinin şərtləri: məbləğ, müddət, faiz, güzəştlər;
  • işçi ilə bağlanmış razılaşmalar və ödəniş qrafiki;
  • ödənişlərin əməkhaqqından tutulma yolu ilə geri qaytarılması;
  • bank tərəfindən kreditin birbaşa işçiyə və ya müəssisəyə ödənilməsi;

Kreditin uçotu aparılarkən əsas borc və faiz ödənişləri ayrılıqda izlənməli, mühasibat sənədləri ilə təsdiqlənməlidir.

402 saylı “İşçilər üçün uzunmüddətli bank kreditləri”

İşçilər üçün alınan uzunmüddətli kreditlərin mühasibat uçotu üzrə tənzimləmələr  AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır. 402 saylı hesab həmin qaydalarla müəyyən edilmiş hesablar planının “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” adlı 40-cı maddəsinə aid olan hesablardan biridir. Digər hesablar bunlardır:

Hesab üzrə verilən müxabirləşmələr tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 34.7-34.10 bəndləri üzrə tənzimlənir.

402 saylı hesab üzrə uçot qeydləri

Əməliyyatın məzmunu Debit Kredit
İşçilər üçün uzunmüddətli bank kreditləri əldə edildikdə (bənd 34.7) 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) 402 saylı hesab
Qısamüddətli bank kreditləri kimi təsnifləşdirildikdə (bənd 34.7) 402 saylı hesab 502 saylı hesab
İşçilər üçün uzunmüddətli bank kreditləri üzrə müsbət məzənnə fərqi yarandıqda (bənd 34.8) 402-saylı hesab 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
İşçilər üçün uzunmüddətli bank kreditləri üzrə müsbət məzənnə fərqi yarandıqda (bənd 34.8) 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” 402-saylı hesab
Qısamüddətli bank kreditləri kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə (bənd 34.9) 402-saylı hesab “Pul vəsaitləri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225)
İşçilər üçün uzunmüddətli bank kreditlərinin üçüncü şəxs tərəfindən ödənilməsi (bənd 34.10) 402-saylı hesab Uzun və qısamüddətli debitor borcları maddələrinin uyğun hesabları, Sair qısamüddətli aktivlər bölməsini 243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 -“Digər qısamüddətli öhdəliklər” hesabları

Praktik nümunə

“ABC” MMC 01.01.2024 tarixində əməkdaşına 24 aylıq 6,000 AZN məbləğində bank krediti təşkil edir. Kredit bank vasitəsilə verilir, hər ay 250 AZN əsas məbləğ və 20 AZN faiz ödənir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Kreditin alınması 223: “Bank hesablaşma hesabları” 402: “İşçilər üçün uzunmüddətli bank kreditləri” 6000.00
Kreditin əsas məbləğinin işçiyə təqdim edilməsi 173: “Əsas idarəedici heyətin uzunmüddətli debitor borcları” 223: “Bank hesablaşma hesabları” 6000.00

 

Kreditin hesablanmış faizi işçinin borcu kimi uçota alınır 173: “Əsas idarəedici heyətin uzunmüddətli debitor borcları” 434 – “Faizlər üzrə uzunmüddətli kreditor borc” 480.00
Hər ayın sonunda işçinin əmək haqqından kredit borcu və faiz tutulur 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borclar”  173: “Əsas idarəedici heyətin uzunmüddətli debitor borcları”  270.00
Əmək haqqından tutulmuş kredit məbləği banka ödənir 402: “İşçilər üçün uzunmüddətli bank kreditləri” 223: “Bank hesablaşma hesabları” 250.00
Əmək haqqından tutulmuş kredit faizi banka ödənir 434 – “Faizlər üzrə uzunmüddətli kreditor borc” 223: “Bank hesablaşma hesabları” 20.00

 

Sonuncu üç müxabirləşmə hər ay ilin sonunadək verilərək kredit borcu və faizlər ödənir
İkinci ilin əvvəlində 12 ay qalan hissə qısamüddəli borc kimi təsnifləşdirilir. 402: “İşçilər üçün uzunmüddətli bank kreditləri” 502: “İşçilər üçün qısamüddətli bank kreditləri” 3240.00

Növbəti ildə əməkhaqqından aylıq kredit borcu və faizlər hər ay tutularaq 402: “İşçilər üçün uzunmüddətli bank kreditləri” və digər müvafiq hesablar üzrə  yuxarıdakı qaydada mühasibat yazılışları verilir.