Avropa ölkəsi vətəndaşlarının maaşlarını artırmaq qərarı verib

posted in: Xəbər | 0
birbank biznes

İspaniya gəlirləri artırmaq və vətəndaşların rifah səviyyəsində olan boşluğu azaltmaq üçün minimum əməkhaqqını artıracaq. “Bloomberg” xəbər verir ki, Avropa ölkəsinin hakimiyyət dairələri, bu qərarı inflyasiyanın on ilin ən yüksək həddinə çatması fonunda qəbul ediblər.

İspaniyanın baş naziri Pedro Sançes hökumətin bu il iqtisadiyyatın artması və həyat dəyərinin yüksəlməsi səbəbi ilə əhalinin alıcılıq qabiliyyətinin dəstəklənməsi üçün hazırda 950 avro (1123 dollar) təşkil edən minimum əməkhaqqını artırmağı planlaşdırdığını bəyan edib.

İqtisadiyyat naziri Nadiya Kalvinyonun sözlərinə görə, minimum maaşların artırılması son üç ildə hökumətin prioritetinə çevrilib və bərabərsizliyin azaldılması üçün effektiv vasitə kimi nəzərdən keçirilir. O, İspaniyanın iqtisadiyyatının 1970-ci illərdən bəri ən sürətli templərlə artdığını, koronavirus pandemiyası səbəbindən böhrandan sonra bərpa olunduğunu söyləyib. 2020-ci ildə ölkənin ÜDM-i demək olar ki, 11 faiz kiçilib. İspaniyada qiymətlər yüksəlib, o cümlədən elektrik enerjisinin bahalaşması səbəbindən artıb – bu artım bütün regionda inflyasiyanı stimullaşdırıb.

Kalvinyo əlavə edib ki, mövcud iqtisadi vəziyyət pandemiya dövründə aşağı inflyasiya və qiymət sabitliyindən sonra illər ərzində tamamilə başa düşüləndir. İnflyasiyanın sıçrayışını nazir “keçici hal” adlandırıb. “Biz onun (yüksək inflyasiyanın) strukturlaşmasına yol verməməliyik. Lakin o, müşahidə etdiyimiz çox fəal bərpa (iqtisadiyyatın) zamanı təbii haldır (…) və bu, narahatlıq üçün əsas deyil”, – deyə o bildirib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email