İşsiz şəxslərə təqaüdlərin verilməsi Qaydası təsdiqləndi

posted in: Xəbər | 0
birbank biznes

aksiz dərəcələri İşsizlərNazirlər Kabineti “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nı təsdiq edib.

Sənədə əsasən, bununla “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarı ləğv edilib.

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydaları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən hazırlanıb. Qaydaya görə, işsiz kimi qeydiyyata alınan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı keçdiyi müddətdə aylıq təqaüd alacaqlar. Onlar peşə hazırlığı keçdikləri müddətdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd alacaqlar.

Təqaüdlər işsiz şəxsin bank hesabına köçürüləcək. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

Qaydalara əsasən, peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:
1. İşsiz kimi qeydiyyatı ləgv edildikdə;
2. İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
3. Təhsil müəssisəsindən xaric olunduqda.
İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.

Mənbə: vergiler.az

Bax:

Vergi orqanlarının xəttindən daxilolmalarla bağlı qayda təsdiqlənib

Mülki Məcəllədə bəzi dəyişikliklər edilib

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email