İşsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi

posted in: Xəbər | 0
birbank biznes

işsizlikdən sığorta2019-cu il yanvarın 1-dən işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Qanunvericiliyin tətbiqi ilə bağlı vergi ödəyicilərindən daxil olan bəzi sorğularda işsizlikdən sığorta haqqının hesablanması zamanı işçilərə ödənilən sosial ödənişlərin məbləğlərinin, işçilərə dəymiş zərərin əvəzinin ödənilməsinin, habelə sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsaitin işsizlikdən sığorta haqqına cəlb olunub-olunmaması məsələləri öz əksini tapır. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əməkhaqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Əməkhaqqına əlavə əmək – şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan – muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı ilə sığortaolunanın ödədiyi sığorta haqqı məbləğləri fərqli ola bilər.

Misal:
İşçinin aylıq vəzifə maaşı – 800 manat;
İşçinin mükafatı – 200 manat;
İşəgötürənə olan borcun bağışlanmasından gəliri – 150 manat.

Bu halda işsizlikdən sığorta haqqının hesablanması aşağıdakı qaydada həyata keçirilir:

Sığortaolunan (işçi) tərəfindən ödənilən – 1000*0,5% = 5 manat;
Sığortaedən (işəgötürən) tərəfindən ödənilən – 1150*0,5% = 5,75 manat.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email