İstehsalatda bədbəxt hadisələr zamanı sığorta ödənişinin təyin edilməsi hansı sənədlər əsasında həyata keçirilir?

posted in: Xəbər | 0
birbank biznes

sığortaSual: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi hansı sənədlər əsasında həyata keçirilir?

Cavab: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

Aylıq və ya birdəfəlik sığorta ödənişləri üzrə:
  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi;
  • sığorta olunanın, sığorta hadisəsi nəticəsində onun öldüyü və ya fiziki və (və ya) əqli imkanlarını tam itirdiyi halda isə digər faydalanan şəxsin imzaladığı sığorta tələbi;
  • qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının surəti;
  • .sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən şəhadətnamənin surəti;
  • sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən birinin – arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış;
  • sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında, onun öldüyü halda isə digər faydalanan şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Əlavə sığorta ödənişinin təyin edildiyi halda, yuxarıda göstərilən sənədlərlə yanaşı, sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olması və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının qərarının surəti də tələb olunur.

Annuitet müqaviləsi üzrə sığorta ödənişlərinin təyin edilməsi həmin müqavilə əsasında həyata keçirilir.

Sığorta hadisəsinin baş verməsi barədə məlumat almış sığortaçı, faydalanan şəxsi sığorta tələbi üzrə sorğu vərəqəsi ilə təmin etməli və lazım olduqda, həmin vərəqənin doldurulması üçün ona kömək etməlidir.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email