İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği gəlir vergisinə cəlb olunurmu?

posted in: Xəbər | 0

Əsas iş yerində çalışan işçi 2026-cı ilin iyul ayında istifadə edilməmiş məzuniyyətə görə kompensasiya alarsa, ona gəlir vergisi hesablanacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illəri üzrə kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən, cari iş ili üzrə istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya məbləği ödəniş aparılan ayın əməkhaqqısına əlavə edilmədən ayrıca fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Məlumat üçün bildirilib ki, gəlir vergisinin hesablanması məqsədilə hər bir iş ili üzrə ayrıca hesablanmış kompensasiya məbləğindən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat güzəşt çıxılır.

Mənbə: vergiler.az

Mühasibat xidmətləri

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb

error: Content is protected !!