İsveçrə vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

vergi sistemiİsveçrə vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

1-ci hissəni oxumaq üçün bu linkə daxil olun

İsveçrədə hətta əmlak sahibi mənzili və ya obyekti icarəyə verməsə, gəlir əldə etməsə belə, həvalə olunmuş yaşayış sahəsinə görə icarə vergisi ödəməlidir. Belə hallarda məcburi ödəniş vergi orqanları tərəfindən təyin edilmiş formal gəlirdən asılı olaraq, 12%-dən 42%-dək təşkil edə bilər. Verginin dəqiq həcminə gəldikdə, bu, obyektin yerləşdiyi yerdən, növündən və sahəsindən asılı olur.

İsveçrə vergi sisteminin cəlbedici xüsusiyyətlərdindən biri – belə demək mümkünsə vergi tətili götürə bilmək hesab olunur, belədə bəzi vergi növlərinin ödənişindən azad olunmaq və ya məcburi ödəniş həcminin ixtisarı mümkün olur. Bundan ötrü isə İsveçrə ərazisində biznes sahəsi açmaq və orada 10 nəfərdən 20 nəfərə kimi iş yeri yaratmaq lazımdır.

İsveçrədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və daxili dövriyyəsi 100 000 franka çatan fiziki şəxslər və ya təşkilatlar ƏDV (la taxe a la valuer ajoutee) ödəməlidirlər. İsveçrədə ƏDV stavkası Avropa İttifaqında qəbul edilmiş standartlara uyğundur və bu gün üçün 7,6% təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Bütün İsveçrə kantonları öz rezidentlərindən sərvətə görə (lʼimpot sur la fortune) vergi tuturlar. Sənədlərlə təsdiq olunmuş borc öhdəlikləri (məsələn, ipoteka, istiqrazlar) istisna olmaqla, bu növ vergiyə vergi ödəyicisinin bütün aktivləri cəlb olunur.

Stavkalar və vergi bazası kantondan asılı olaraq dəyişir. Məsələn, Sürixdə 500 min İsveçrə frankı həcmində aktivlərə sahib olanlar üçün bu stavka 0,11%, ən yüksək hədd isə 0,66% təşkil edə bilər. Digər kantonlarda isə ən yüksək hədd 0,13% təşkil edir.

İsveçrədə daşınmaz əmlak satışından daxil olan gəlirlər kapital artımına görə (lʼimpot sur les gains immobilers) vergiyə cəlb edilir, bu səbəbdən gəlirə görə vergidən azad olunur. Əmlak satışı ilə bağlı kapital artımına görə vergi yalnız kantonlar səviyyəsində tutulur. Burada vergi stavkası əmlakın istifadəsi müddətindən və satışı zamanı əldə edilən gəlirdən asılı olaraq təyin edilir. Standart stavka 25- 50% civarında tərəddüd edir. Daşınmaz əmlakın dörd il istifadəsindən sonra vergi stavkası tədricən azalmağa başlayır. Vergidən maksimal olaraq 50%-dən 70%-dək azad olunma mümkündür.

Bundan əlavə, İsveçrədə vərəsəlik və ya bağışlama yolu ilə keçən əmlaka görə vergi də mövcuddur ki, o yalnız kantonlar səviyyəsində tutulur. Yalnız, Şvits kantonu istisna təşkil edir, orada vərəsəlik və ya bağışlama yolu ilə keçən əmlaka görə vergi tutulmur.

Əgər vərəsə miras qoyanın yaxın qohumu (arvadı, valideynləri, uşaqları) deyilsə, Tsuq, Appentsel-İnnerroden kontonlarında standart vergi stavkası 20%, Cenevrədə isə 54% təşkil edir.  Lüsern, Nevşatel, Vo kantonları istisna olmaqla digər kantonlarda uşaqlar məcburi ödənişlərdən azad ediliblər. Evli cütlüklər isə bütün kantonlarda bu vergini ödəməkdən azad olunublar. Valideynlər Nidvaldene, Obvaldene, Tsuq və Yure kantonlarında, qardaş və bacılar isə Obvaldene kantonunda bu vergini ödəməkdən azad olunublar.

Bəs İsveçrədə mühasiblərin əməkhaqqı nə qədərdir? 2017-ci ildə İsveçrədə mühasiblər ildə 97500 frank (99450 ABŞ dolları), ayda isə 8125 frank (8287 ABŞ dolları) məvacib alırlar. Hər halda çox yüksək göstəricidir. Maraqlısı odur ki, bu ölkədə həm mühasiblər, həm də müəllimlər polis əməkdaşlarından daha yüksək əməkhaqqı ilə təmin olunublar.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email