İtaliya maliyyə fəlakəti astanasındadır

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

İtaliya maliyyə fəlakəti astanasındadır


İtaliya hökuməti pandemiya dövründə maliyyə fəlakəti ilə üzləşən ölkə iqtisadiyyatının vəziyyətini düzəltmək üçün 740 milyard avro ayırmağı vəd edib. Amma milli qanunvericiliyin özəlliyi səbəbi ilə ölkə şirkətləri ola bilsin ki, bu yardımı hələ çox gözləməli olacaqlar/ Bunun özü isə bütün ölkə üçün maliyyə fəlakəti ola bilər. Bu haqda Bloomberq saytı yazıb.

Hökumət proqramı bir neçə mərhələyə bölünür: ilk iki mərhələdə biznesə dəstək məqsədilə hər biri 25 milyard avroluq yardım zərfi ayrılmalıdır. Həmin məbləğlər banklar vasitəsilə köçürülməlidir ki, bu da onların sənədləşdirilməsini uzada bilər. Bu səbəbdən onu alacaq ünvanlar mövcud olmaq üçün maliyyəsiz qala bilərlər.

“Banklar kreditlərin rəsmiləşdirilməsi zamanı standart prosedurlara riayət etməlidirlər. Onlar müəyyən maliyyə riski daşıyırlar. İndi banklar öz adi yüklənmələrinin 30 faizi həcmində işləyirlər. Həmin səbəbdən bütün bu proses aylarla çəkə bilər”, – Milandakı Bakkoni universitetinin biznes-strategiyası üzrə professoru Karlo Alberto Karnevale Maffe belə söyləyib.

Haqqında söhbət gedən risklər borcalanın ödəniş qabiliyyətinin mümkün olmayacağını nəzərə almaqdan ibarətdir – baxmayaraq ki, kreditlər məqsədli xarakter daşıyır. Məhz, ən çox zərər çəkmiş firmaların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Avropa Mərkəzi Bankının tələblərinə əsasən, proqramda iştirak edən kommersiya bankları verilən kreditlər üçün bütün zəruri ehtiyatlar yaratmağa məcbur olacaqlar ki, bu da onların göstəricilərinə mənfi təsir göstərəcək və ayrı-ayrı hallarda tənzimləyicinin normativlərinə riayət etməyə imkan verməyəcəkdir.

İtaliyanın baş naziri Cüzeppe Konte, tənqidlərə cavab olaraq, bürokratik prosedurların minimuma endirildiyini söyləyib.

“Banklar bizə deyirlər: əgər sizə adi kredit lazımdırsa, siz onu dərhal ala bilərsiniz. Yox, əgər güzəştli kredit almaq istəyirsinizsə, onda gözləmək lazım gələcək”, – Novation Tech SpA şirkətinin icraçı direktoru Luka Businaro belə deyir.

O, hökumətin SACE dövlət ixrac kredit agentliyi vasitəsilə biznesə 200 milyard avro həcmində kreditlər üçün təminat verəcəyi planlarına istinad edir. Businaronun sözlərinə görə, pul yalnız iyun və ya iyul aylarında daxil ola bilər, çünki bir çox razılaşdırmalardan keçmək tələb olunur. Bundan başqa, hökumət proqramının tam yerinə yetirilməsi üçün bir sıra qanun və normativ aktların qəbul edilməsi vacibdir.

Nəşr, 6 apreldə biznesi stimullaşdırma elanından sonra dörd banka müraciət edən Romada yerləşən Donati Spa şirkətindən Angelica Donatinini nümunə gətirir. Onların heç birinin mart ayında təsdiq edilmiş hətta köhnə tədbirlərin həyata keçirilməsi qaydası barədə məlumatı yox idi. UniChess şirkətinin sahibi Roberto Moranzini isə bəyan edib ki, bank hətta bir həftə sürən danışıqlardan sonra belə ona kömək edə bilməyib.

İtaliyanın ləngliyi Almaniyanın operativliyi ilə ziddiyyət təşkil edir. Berlində, freelancer-lərə və kiçik şirkətlərə artıq təxminən 1,3 milyard avro ödənilmişdir. Yalnız bir neçə gün ərzində təxminən 140 min ərizə emal olunmuşdur. Bəzi hallarda isə pullar 24 saat əzində daxil olmuşdur.  Oxşar problemlər İngiltərədə də yaşanmışdır. Belə ki, orada bu dəstəyi müəssisələrin yalnız 1%-i ala bilib. ABŞ-da borc emalı platforması gecikmə və texniki problemlərlə işləyir.

Bir çox kiçik biznes sahibləri isə hətta əlverişli şərtlərlə kredit götürmək istəməyərək, öz fəaliyyətlərini dayandırmağa üstünlük verirlər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email