Alibaba şirkətinin qurucusu ilə müharibə Çin iqtisadiyyatına zərbə vurub

posted in: Xəbər | 0
birbank biznes

Çin iqtisadiyyatı,Çin hakimiyyət dairələrinin Alibaba şirkətinin qurucusu Jack Ma ilə müharibəsi çinli sahibkarları qorxuya salıb. Bu səbəbdən Pekinin texnologiya sahəsində dünya lideri statusuna doğru irəliləməsi ləngiyə bilər ki, bu da iqtisadiyyata zərbə vuracaq, Bloomberg belə yazıb.

Startaplardan birinin rəhbəri artıq Alibaba ilə müqayisə edilə biləcək hər hansı bir biznes miqyasına nail olmaq istəmədiyini söyləyib. O, hökumət tərəfindən arzuolunmaz diqqətə düçar ola biləcəyindən ehtiyatlanır.  Başqa bir iş adamı isə ictimai çıxışlardan imtina etmək qərarına gəlib və artıq bundan sonra robot texnikası ilə əlaqəli öz işlərini ölkə hüdudlarından kənarda inkişaf etdirmək niyyətində olduğunu açıqalayıb.

İnvestorlar və biznes sahəsi ümumilikdə, şəffaflığın olmaması və fərqli düşüncənin qarşısının sərt şəkildə alınmasından şox narahatdır. “Jack Ma ilə baş verən insident aşkar göstərir ki heç kimin təhlükəsizliyinə təminat yoxdur”, – iş adamlarından biri sözügedən nəşrə belə söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl hakimiyyət ilə sözügedən şirkət arasında yaranan münaqişə səbəbindən Çin rəsmiləri, Ant Group (Alibaba şirkətinin törəmə şirkəti) şikətinin səhmlərinin lkin yerləşdirilməsini bloklamışdı. Səbəbi də əməliyyatın mümkün benefisiarları haqqında bir araşdırma ola bilərdi. Onların arasında hazırkı hakimiyyətin xoşuna gəlməyən siyasi klanlarla bağlı adamlar da var idi. Fevral ayında Ant Group və Çin tənzimləyiciləri şirkəti maliyyə holdinqinə çevirəcək bir restrukturizasiya planını razılaşdırmışdılar.

Fevral ayında Çin tənzimləyicisi onlayn-mikrokreditorlarla, o cümlədən Ant Group rəhbərliyi altında işləyən banklara və maliyyə təşkilatlarına, yeni məhdudiyyətlər qoymuşdu.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email