Dünyanın ən varlı adamı pensiyaçını sevindirməyə qərar verib

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən varlı adamı – amerikalı milyarder və Amazon şirkətinin banisi Jeff Bezos 82 yaşlı pensiyaçı qadın Wally Funk-ı sevindirməyə qərar verib, belə ki, onu da özü ilə kosmik uçuşa dəvət edib. Bu haqda Bezos özünün “İnstagram” səhifəsində yazıb.

Bir çox illər bundan əvvəl qadın kosmosa uçuş hazırlıqları kursunu keçib, amma, həmin missiyanın iştirakçısı ola bilməyib. “Heç kim bu qədər çox gözləməyib. Zamanı yetişib. Komandya xoş gəlmisən Wally . Biz şadıq ki, siz iyulun 20-də fəxri qonağımız kimi bizimlə birlikdə kosmosa uçacaqsınız”, – Bezos xəbər verib.

Funk kosmosa uçuş hazırlıqlarını 1960-cı illərdə qadın-pilotlar komandası yaradılması  üzrə “Mercury 13” missiyası çərçivəsində keçib. Lakin, NASA ideyanı ləğv edib və yekunda proqram tam şəkildə dayandırılıb, beləliklə, Funk kosmosa uça bilməyib. Bundan sonra qadın uçuş təlimatçısı kimi çalışıb, təyyarə qəzalarının təhqiqatları ilə məşğul olub.

Bezos-un kosmosa uçuşu iyulun 20-də baş tutmalıdır, qardaşı da onunla birlikdə uçacaq. “New Shepard” kosmik gəmisində daha bir yer isə aksionda 28 milyon dollara uduş kimi oynanılıb, amma, onun qalibinin adı isə hələ açıqlanmayıb.

Plana görə gəmi Texasdakı kosmodromdan start götürəcək və Yer planetindən 105 km hündürlüyə qalxacaq, orta hesabla bu 10-15 dəqiqə çəkməlidir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email