Kameral vergi məktublarının (ƏDV) cavablandırılması – Onlayn təlim

posted in: Xəbər | 0
birbank biznes

Təlimin adı: Kameral Vergi Məktublarının (ƏDV) Cavablandırılması – Onlayn təlim.

Müddət: 2-2,5 saat

Təlimin növü: Onlayn

Qeydiyyat linki: https://form.cubics.pro/

Siz hələ də “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01.01.2020-dən ….. manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir” məzmununda vergi orqanlarından daxil olan kameral uyğunsuzluq məktublarını cavablamaqda çətinlik çəkirsiniz?! O zaman “ƏDV ilə bağlı yaranan kameral uyğunsuzluqlar barədə məktublara cavablar” təliminə mütləq qoşulmalısınız. Təlim aşağıdakı mövzularda vergi orqanlarından daxil olan kameral uyğunsuzluq məktublarına cavabların necə əsaslandırılmasından bəhs edəcək.
  • E-qaimədə vergiyə cəlb edilən dövriyyənin düzgün əks etdirilməməsi ilə bağlı yaranan uyğunsuzluqlar;
  • Debitor borclar ilə əlaqəli yaranan uyğunsuzluqlar, debitor borclar və aylıq dövriyyə arasında əlaqəli məlumatların düzgün əks etdirilməsi barədə tövsiyələr;
  • ƏDV dövriyyəsi ilə bağlı yaranan kənarlaşmalar;
  • 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən dövriyyə barədə əldə edilən sertifikat məlumatları ilə bağlı yaranan uyğunsuzluqlar;
  • Kassa çeki məlumatları ilə əlaqəli yaranan uyğunsuzluqlar;
  • Yük gömrük bəyannamələri ilə vergi bazasında olan məlumatların müqayisəsi nəticəsində yaranan uyğunsuzluqlar;
  • ƏDV və mənfəət vergisi bəyannaməsi məlumatları arasında yaranan kənarlaşmalar ilə əlaqəli uyğunsuzluqlar;
  • ƏDV bəyannaməsinin 318-325-ci sətirlərində əks etdirilən məlumatlar barədə ətraflı izahat;
  • 01.01.2020-ci il tarixindən ƏDV bəyannaməsi məlumatlarının vergi bazası ilə müqayisəsi nəticəsində yaranan fərqlərin izahı.
Qeydiyyat linki: https://form.cubics.pro/
Təlimçi barədə: Kamalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.


Print Friendly, PDF & Email