Kapital nədir?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Latınca “capitale” sözündən təşəkkül tapıb, “kapital, əmlak”, “müəyyən bir biznesin aparılması üçün istifadə olunan sərvət” deməkdir.

Müstəqil bir termin kimi kapital müasir mühasibat uçotunda istifadə olunmur.

Lakin, təhlil etmək üçün aşağıdakı terminlərdən istifadə edirik:

  • Şəxsi kapital – şirkətin aktivlərinin dəyəri ilə onun öhdəliklərinin məbləği arasındakı fərqdir. Nizamnamə fondunun, əlavə və ehtiyat kapitalının, bölüşdürülməmiş mənfəətin və digər ehtiyatların (məqsədli fondlar və ehtiyatlar) məcmusudur.
  • Cəlb edilmiş (borc verilmiş) kapital – kreditlər, borclar və kreditor borcları formasında olan öhdəliklərdir.
  • Permanent (və ya daimi, dayanıqlı) kapital – öz kapitalının və uzunmüddətli borc kapitalının məcmu məbləğidir.
  • İş (və ya xalis dövriyyə) kapitalı (ingilis dilində “Working Capital” ) cari aktivlər və cari öhdəliklər arasındakı fərqdir (çox vaxt bütün cari öhdəliklər əvəzinə, qısamüddətli borc vəsaitləri olmadan yalnız kredit borclarından istifadə olunur).

Bütün aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra biznesdə yerdə qalan kapitaldır. Kapitalla siz biznesin balans dəyərini müəyyən edə bilərsiniz.

Kapital – bu, biznesinizin cari faktiki vəziyyətidir.


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email