Karantin zamanı evdən işləmək qaydaları (1-ci hissə)

posted in: Xəbər | 0

Karantin zamanı evdən işləmək qaydaları / 1-ci hissə
Evdən çalışmağa başlayanlar üçün bir neçə məsləhət

Koronavirus infeksiyasının yayılması həyatın bütün sahələrinə öz təsirini göstərib. Dünya ölkələrinin əksəriyyətində xəstəliyin qarşısının alınmasından ötrü karantin rejimi tətbiq olunub. Ona görə də işçilərin əksəriyyəti evdən, yəni, məsafədən çalışmağa keçiriliblər. Sağlamlığa mənfi təsir olmadan və ofis üçün darıxmadan evdən necə səmərəli işləmək olar?

Karantin zamanı iş yerini necə qurmalı?

Bu siyahıda ilk maddə – bu, iş zonasıdır. İdealda bu ayrıca bir otaq olmalıdır, lakin, hamının belə bir imkanı yoxdur. O səbəbdən otaqda stol günəş işığı düşən yerə yaxın qoyulmalıdır.  Rahat kreslo və ya stul. Kompüter arxasında çox saatlıq iş onurğa sütununa və çiyinlərə çox güclü təsir edir, bu təsiri azaltmaq üçün stul düzgün hündürlükdə olmalıdır. Bundan əlavə stulun söykənəcəyi də elə olmalıdır ki, sizin rahat işləməyinizə müsbət təsir göstərə bilsin.  Yəni, maksimum rahatlığı təmin edə bilsin.

Stasionar kompüter noutbukdan daha rahatdır, çünki onu gözlərdən bir qədər uzaq və lazımi hündürlükdə tutmaq mümkündür. Əgər monitorda mətnin yuxarı sətirləri gözlərin səviyyəsindədirsə – siz kompüteri düzgün yerləşdirmisiniz.

Ekrandan sifətə qədər olan minimum məsafə 40 sm olmalıdır. İdeal varinatda isə belə məsafə yarım metrə çatdırılmalıdır. Mütəxəsislər əlin ovcuna uyğunlaşdırılmış və kompüterə bağlı olmayan mouslardan istifadə etməyi tövsiyə edirlər.

Əgər sizdə noutbukdursa, əllərinizi artıq gərginlikdən qorumaq məqsədilə mütəxəssislər ona ayrıca klaviatura qoşmağı məsləhət bilirlər. Noutbukun özünü gözlər səviyyəsinə qaldırmaq məqsədilə isə altına kitablar qoymaq mümkündür ki, bu yolla boyun fəqərəsinin gərginliyini aradan qaldırmaq mümkündür.

İş stolunda təmizliyə riayət etmək lazımdır. Gündə bir dəfə antiseptik vasitələrlə mous və klaviaturanı təmizləmək lazımdır. Kompüter arxasına keçməzdən öncə əlləri də ən azından 20 saniyə ərzində yumaq lazımdır.

İş çox mühümdür, amma, sağlamlığı da unutmamalıyıq

Otağı müntəzəm olaraq havalandırma lazımdır, əgər otaqda bir nəfərdən çox işləyən varsa, hər saatdan bir hava təmizlənməlidir. Elə bunun özü stol arasından qalxmaq və bir qədər gəzişmək üçün sizə “bəhanə” verə bilər. Bundan əlavə, koronavirus səbəbiylə həkimlər təkcə otağı deyil, ümumilikdə bütün otaqları da havalandırmağın zəruri olduğunu söyləyirlər.

Bədən tərbiyəsi. Həkimlər hər saatdan bir sadə bədən hərəkətləri etməyi tövsiyə edirlər. Belə etməklə siz öz beyninizə fasilə vermiş olursunuz, bədəninizdə qan dövranını normallaşdırırsınız, əlləriniz və onurğa sütünunu yükdən azad edirsiniz.

Məqalənin 2-ci hissəsini oxumaq üçün keçidə daxil olun.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *