Karl Marks: mühasib, məşhur iqtisadçı və sosioloq barədə naməlum faktlar

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Karl Marks böyük bir ailədə anadan olub. Amma onun bütün qardaş və bacıları ya kiçik yaşlarında, ya da gənclik çağlarında ölmüşlər.

Karl Marksın ata xətti üzrə əcdadlarının soyadı Mordexay olub. Onlar həm ata, həm də ana xətti üzrə yəhudi ailəsi olub. Karl Marksın demək olar ki, bütün əcdadları, xüsusilə də ana xətti üzrə babası ravvinlər olub.

Marks soyadını özünə hələ filosofun babası götürmüşdü. Atası Henrix Marks isə öz dinini dəyişmiş və lüteran olmuşdu. Belə ki, Karl Marks artıq demək olar ki, əsl alman idi. Atası Henrix müasir insan sayılırdı, maarifçi filosoflarla maraqlanırdı və öz baxışlarına görə ateist, ən azından, aqnostik idi. O, sinaqoqla münasibətlərini çox erkən kəsmişdi, amma, lüteranlığa keçməyə isə onu müəyyən şərtlər məcbur etmişdi: Trirdə mənşəcə yəhudi olan və özü də ateist sayılan birinə hüquq təcrübəsi keçməyə çox az adam etibar edə bilərdi.

Gənclikdə Marks çox dindar biri olub. 17 yaşında o, məsələn, məktəbdə buraxılış sinfində olarkən “Möminlərin İsa ilə birliyi. İoann İncili üzrə” mövzusunda inşa yazmışdı.

Mənşəcə yəhudi olmasına baxmayaraq, Marks yəhudilərə və iudaizmə mənfi münasibət bəsləyirdi. Onun “Yəhudi məsələsi” adlı məqaləsi bu baxımdan xüsusilə əlamətdardır.

Marksın qulluqçu qadından nikahdankənar övladı dünyaya gəlibmiş. Bu isə həmin dövrlər üçün adi bir hal sayılırdı. Engels bu məsələdə alicənablıq göstərmiş, Karlın Jenni ilə nikahını müdafiə etmək üçün zərbəni öz üzərinə götürmüş, dostunun həyat yoldaşına uşağın özünə aid olduğunu söyləmişdi. Aristokratik Jenni Vestfallen (vaxtilə Trir şəhərinin ən gözəl qızı və yerli balların kraliçası) özünü buna inanırmış kimi göstərmiş və münaqişə uşağın Engels tərəfindən övladlığa götürülməsindən sonra həll olunmuşdu.


Mühasibat uçotunun mənbəyi nədir?


Marks ümumilikdə inqilabın ilk növbədə Qərbin sənayecə inkişaf etmiş ölkələrində (ilk növbədə İngiltərə, Fransa və Almaniyada) baş verəcəyini, ikinci dalğanın isə digər əyalətlərə, o cümlədən Rusiyaya da çatacağına inanırdı.

SSRİ-də təbliğat işçiləri açıq-aşkar rusofob xarakterinə görə Karl Marksın bəzi ifadələrini senzura etməyə məcbur olmuşdular. Rusiyaya qarşı son dərəcə mənfi münasibəti 1857-ci ildə yarımçıq qalmış “18-ci əsrin diplomatiya tarixinin ifşası” əsərində görmək olar: “Moskoviya monqol əsarətinin dəhşətli və rəzil məktəbində tərbiyə almış və böyüyüb. O, yalnız əsarət sənətində bir virtuoz olmaqla güclənə bilib”.

Marks və Engelsin yaxşı dost olmalarına baxmayaraq, onların siyasi mövzulara baxışları kəskin şəkildə fərqlənirdi. Engels həmkarının fəaliyyətinə fəal surətdə sponsorluq edirdi’ Lakin, məsələn, “türk məsələsi”, Haribaldinin fəaliyyəti və Paris Kommunasının qiymətləndirmələrinə münasibətdə onların fikirləri tamamilə bir-birinə zidd idi.

Marks bir müddət anarxizmin banisi və panslavizm nəzəriyyəçisi Mixail Bakuninin dostu olub. Vətənlərindən uzaqda olduğu İngiltərədəki həyat əvvəlcə bu mütəfəkkirləri bir-birinə yaxınlaşdırsa da, sonradan onların baxışları dəyişdi və onlar açıq şəkildə bir-birlərinə qarşı çıxmağa başladılar.

Hansısa bir anda Marks özünün köhnə dostunu rus casusu adlandırmışdı. Mixail Bakunin də çox qızğın bir adam idi və monarxiya ilə mübarizə üzrə hətta öz dostunu belə, təhqirə görə cavabsız qoya bilməzdi. O, dərhal Karl Marksı duelə çağırdı. Lakin marksizmin banisi dəqiq atəş aça bilmədiyinə görə bu çağırışdan imtina etmişdi.


Müəssisənin mühasibat uçotunun mənbəyi


Marks özünün cəmiyyət və iqtisadiyyat elminə verdiyi ən mühüm töhfəni əməyin ikili təbiətinin hərtərəfli təhlili hesab edirdi. Bir tərəfdən əmək bizim bioloji növlərimizi və sivilizasiyamızı formalaşdırıb. Digər tərəfdən, bir tikə çörək naminə məcburi əmək (Marksın ifadəsi) insanı öz həyatından uzaqlaşdırır və daxili aləmini yoxsullaşdırır. Bir vaxtlar azad olan insanları və çoxşaxəli şəxsiyyətləri canlı yüksək ixtisaslaşmış maşınlara çevirir.

Bunlar XXI əsrin insanları üçün də çox aktual səslənir. Maraqlıdır ki, bu, ali dərəcəli humanist bir mesajdır – hansısa motivasiyalı bir lağlağının deyil, bir əsr yarım bundan əvvəl yaşamış bir filosofun düşüncəsinin məhsuludur!

Lakin bu gün biz Marksın uşaqların əməyinin istismarının qadağan edilməsində, iş gününün səkkiz saatla məhdudlaşdırılmasında və ümumilikdə sivil ölkələrdə muzdlu işçilərin vəziyyətinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsində xidmətlərini yüksək qiymətləndiririk. Bütün bunlara Marksın təklifi ilə sosialistlər nail oldular. İnanın ki, o zamanlar çiçəklənən İngiltərədə klassikin dövründə görəcəkləriniz sizi mütləq dəhşətə gətirərdi.

Kommunizm və pulsuz iqtisadiyyatla bağlı arzular, əlbəttə ki, hələ də arzu olaraq qalır. Lakin bu gün belə ideyalar artıq xəyalpərəstlər tərəfindən deyil, ciddi futuroloqlar və iqtisadçılar tərəfindən irəli sürülür. Çində isə praktikada bu cür şeylərin ilk prototipi olan “sosial kredit” adlandırılan bir sistem tətbiq olunur.



Print Friendly, PDF & Email