fbpx

İstehlakçı kassa çekini itirdikdə, ona dublikat verilməlidirmi?

posted in: Xəbər | 0
birbank biznes

nəzarət-kassa aparatı, kassa çekinin dublikatı, kassa çeki,Mağazadan mal alarkən verilən kassa çekini itirmişəm. Təkrar çek vermək mağazanın vergi öhdəliyinə aiddirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi ödəyicisi tərəfindən mal və ya xidmət təqdim edilərkən kassa çeki təqdim edilmişdirsə, təkrarən kassa çekinin təqdim edilməsi vergi ödəyicisinin vəzifələrində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

Print Friendly, PDF & Email
error: Content is protected !!