Azərbaycan “Kənar auditorlara qarşı xüsusi tələblər”ə dəyişiklik edə bilər

posted in: Xəbər | 0
birbank biznes

maliyyə hesabatı, Maliyyə Monitorinqi Xidməti, Maliyyə hesabatları, Maliyyə hesabatlarının düzgünlüyü, Auditorlar Palatası, Auditor adı almaq, Beynəlxalq Maliyyə Hesabatları Standartları, auditor xidmətləri, Auditor xidmətlərinin minimum hədləri, Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditor12 iyul tarixində Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. “Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında təlimatın təsdiq edilməsi;

2. “Auditorların məsuliyyətinin gücləndirilməsi tədbirləri”nin layihəsi;

3. “2021-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı”nın təsdiq edilməsi;

4. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitə tərəfindən aparılmış keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin 16 iyun 2021-ci il tarixli 2 nömrəli protokolunun təsdiq edilməsi;

5. Şuranın 28 dekabr 2004-cü il tarixli 143/1 nömrəli “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə” qərarına dəyişiklik edilməsi;

6. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi;

7. Şuranın 31 oktyabr 2019-cu tarixli 313/3 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan kənar auditorlara qarşı xüsusi tələblər”ə dəyişiklik edilməsi.

Print Friendly, PDF & Email