Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.

3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 31 may 2020-ci il

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email