Kənd təsərrüfatında çalışanlarla müqavilələr necə bağlanacaq?

posted in: Xəbər | 0

Əmək müqaviləsinin ləğv edilməsi, əmək müqavilələrinin sayı, işəgötürən. xidməti müqavilə, Əmək müqaviləsinə xitam, emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsi“Əmək Məcəlləsi”nə ediləcək dəyişikliklər kənd təsərrüfatında müddətli mövsümi əmək müqavilələrinin bağlanmasını qadağan etmir. Belə ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun alaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümü işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək.

Məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər.

Dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir. Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab etsə də bu hal müddətli əmək müqavilələrin bağlanmasını qadağan etmir”, – deyə deputat qeyd edib.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisinin son plenar iclasında ikinci oxunuşda qəbul olunub.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *