Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində islahatlar davam edəcək

posted in: Xəbər | 0
birbank biznes

sahibkarlığın inkişafı

“Kiçik və orta sahibkarların ölkə iqtisadiyyatı üçün rolu önəmlidir. Bu sahədə islahatlar davam edəcək”.

Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün ciddi addımlar atılır: “Bu sahənin inkişafına yeni nəfəsin verilməsi üçün Prezident İlham Əliyev kiçik və orta sahibkarlığın inkişafı üçün yol xəritəsini təsdiq edib.

Bu işlərin sistemli şəkildə həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi yaradılıb”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email