Kirayə haqqından vergi necə hesablanır?

posted in: Xəbər | 0

Əgər vətəndaş kirayə müqaviləsi əsasında kirayədə qalmaq istəyirsə, bu zaman onun vergi öhdəlikləri necə müəyyən olunur?  Kirayə müqaviləsi üçün dövlət rüsumu nə qədərdir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Mühasibat xidmətləri

Yaşayış sahəsinin kirayəyə verilməsi ilə bağlı müqavilənin notariat qaydasında təsdiqi üçün dövlət rüsumu 35 manat, xidmət haqqı isə 5,25 manat təşkil edir.

Mənbə: vergiler.az

“e-müqavilə” altsistemində süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib

error: Content is protected !!