Bu məsələdə maraq doğuran məsələ komisyonçu və ya agentin hansı elektron qaimə-fakturadan istifadə etməsidir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, prosedurun həyata keçirilməsi üçün vergi ödəyicisi müvafiq proqram təminatından “Malların geri qaytarılması” elektron qaimə-fakturası üzrə “Malların təqdim edilməsi qaiməsinin qaytarılması” növünü seçməklə malları geri qaytarır.
Amma agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı “Malların geri qaytarılması” elektron qaimə-fakturasının digər növündən istifadə olunmalıdır.
Misal: “A” MMC 20.000 manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq, supermarketə təqdim edir. Supermarket həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3.000 manatlıq malı geri qaytarır. Bu halda mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim edildiyi üçün vergi ödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir.
Agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı elektron qaimə-fakturanın müvafiq olaraq malların agent və ya komisyonçu tərəfindən təqdim olunması barədə elektron qaimə-fakturadan istifadə etmək lazımdır. Nəzərdən keçirilən şərtlərdə elektron qaimə-faktura hazırlayarkən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya istinad edilə bilməz.
Mənbə: vergiler.az
Bax:
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Riskli vergi ödəyiciləri siyahısından necə çıxmalı?
İşəgötürən işçini ixtisar etdiyi halda müavinət
Sərbəst vəsaitlərin xərclənməsi üzrə öhdəliklər
Əmək müqaviləsinin ləğv edilməsi
İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması
Bu halda qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?