Koronavirusdan ən çox zərər çəkmiş iqtisadiyyat sahəsinin adı məlum olub

posted in: Xəbər | 0
birbank biznes

məhdudiyyətlər, İqtisadi böhran, İqtisadi böhrandan qurtulmaq üçün plan“Economist Intelligence Unit” (EIU) analitikləri dünya avtomobil sənayesini pandemiya dövründə tədarük problemləri səbəbindən ən çox təsirə məruz qalan sənaye adlandırıblar. Hesabatdan çıxarışları CNBC nümunə gətirib.

Altı bölməni əhatə edən tədqiqat çərçivəsində EIU logistika üzrə 175 menecer arasında sorğu keçirib. Hesabatda avtomobil istehsalından əlavə aşağıdakı sənaye sahələri təmsil olunmuşdur:  geyim və ayaqqabı; qida və içkilər; sənaye; IT, texnologiyalar və elektronika; səhiyyə, əczaçılıq və biotexnologiyalar.

Avtomobil sənayesindən olan menecerlərin 51,7 faizi qeyd edib ki, tədarükdə fasilələr “çox əhəmiyyətli” olub – bu, altı sektor arasında ən yüksək göstəricidir. Zərərçəkənlərin siyahısında ikinci yerdə geyim və ayaqqabı sənayesi olub ki, onun əməkdaşlarının 43,3 faizi logistika sahəsində problemləri əhəmiyyətli hesab ediblər. Pandemiyadan ən az təsirlənən IT sahəsidir: menecerlərin yalnız 6,7 faizi tədarükdə kəsintilərin ciddi itkilərə səbəb olduğunu bəyan ediblər.

Son bir il ərzində bir çox ölkələr koronavirus pandemiyası səbəbi ilə sərhədləri bağlamağa, karantin tətbiq etməyə və ixracatı məhdudlaşdırmağa məcbur olduqlarından, malların daşınması marşrutları pozulub. Daha geniş yayılan koronavirusun “delta” – ştammı növbəti dəfə narahatlıq yaradıb. Belə ki, Asiyanın Çin və Vyetnam kimi əsas istehsal mərkəzləri – kovidlə xəstələnənlərin sayını azaltmaq məqsədilə öz ölkələrinin müəyyən hissələrində lokdaunlar tətbiq ediblər.

Xüsusilə yarımkeçiricilərin çatışmazlığı avtomobil sənayesində özünü kəskin şəkildə göstərdiyindən, bəzi maşın istehsalçıları istehsalı azaltmağa məcbur olub. Çiplərin çatışmazlığı fərdi kompüterlərə və digər elektronikaya tələbatın artması ilə əlaqədar olub ki, bu da lokdaun dövründə insanlara son dərəcə vacib idi.

Pandemiya bir sıra müəssisələri uzunmüddətli təchizat zəncirlərini yenidən nəzərdən keçirməyə məcbur edib və respondentlərin üçdə biri bu sahədə tam yenidən təşkillə bağlı qərar verib. Hər beşinci menecer artıq Filippində və Hindistanda fabriklərə öz strategiyasının bir hissəsi kimi investisiya yatırıb və ya yatırmağı planlaşdırır. Bununla bağlı sözügedən ölkələrin seçilməsinin əsas səbəbi ucuz işçi qüvvəsi və gənc əhali bolluğuna malik olmalarıdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email