“Böyük 7-lik” ölkələri korporasiyalar üçün minimal vergi məbləğini təsdiqləyiblər

posted in: Xəbər | 0
birbank biznes

Almaniya vergi sistemiG7 ölkələri korporasiyalar üçün minimal vergi məbləğini təsdiqləyiblər: sözügedən vergi 15 faiz səviyyəsindən az olmamalıdır. Nazirlər Londonda keçirilən görüşün yekunlarına dair müvafiq razılığa gəliblər. Bu haqda Böyük Britaniyanın Maliyyə naziri Rishi Sunak məlumat verib.

Sunak bunu tarixi bir qərar və “rəqəmsal əsrə” müvafiq bir razılaşma adlandırıb. Onun sözlərinə görə, mənfəət vergisi Britaniya şirkətləri üçün daha bərabər şərait yaradacaq və vergidən yayınma cəhdlərinə mane olacaq.

“Epoxal islahatların prinsiplərinə uyğun olaraq, rentabelliyi 10 faizdən az olmayan dünyanın ən iri şirkətləri bu vergi ilə əhatə olunacaq, özü də bu zaman 10 faizdən çox olan istənilən mənfəətin 20 faizi yenidən bölüşdürüləcək. Sonra isə satışların həyata keçirildiyi ölkələrdə vergiyə cəlb ediləcək”, – Britaniya Maliyyə Nazirliyinin rəhbəri belə söyləyib.

İndi isə bu təklif Rusiyanın da daxil olduğu G20-də də nəzərdən keçirilməlidir. Beynəlxalq valyuta fondu lap əvvəldən korporativ vergitutma təşəbbüsünü dəstəkləyirdi.

May ayında ABŞ Maliyyə Nazirliyi, ən azı 15 faiz nisbətində minimum qlobal mənfəət vergisi tətbiq etmək təşəbbüsü ilə çıxış etmişdi. Bununla yanaşı, qurumda hesab edirlər ki, G20 və İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT) çərçivəsində müzakirələrdən sonra dərəcəni daha da artırmaq olar.

Yeni sistem çox vaxt güzəştli və ya qənaətcil vergi rejimi olan yuridiksiyalarda qeydiyyata alınan Google, Amazon, Facebook və Apple kimi transmilli şirkətlərdən daha çox vergi almağa imkan verəcək.

G7 ölkələri eləcə də şirkətləri ətraf mühitə öz təsirləri ilə bağlı açıqlama verməyə məcbur edəcəklərinə dair razılığa gəliblər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email