ABŞ ilk dəfə kriptovalyuta mübadiləsi xidmətinə qarşı sanksiya tətbiq etdi

posted in: Xəbər | 0
birbank biznes

kriptovalyuta,ABŞ ilk dəfə kriptovalyuta mübadiləsi üzrə xidmətə qarşı sanksiya tətbiq edib. Bu haqda xəbər ABŞ-ın Maliyyə Nairliyinin saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, sözügedən məhdudiyyət Moskva və Praqada qeydiyyata alınmış SUEX OTC S.R.O. platformalarına qarşı tətbiq edilib. Maliyyə idarəsinin məlumatına görə, platformalar vasitəsilə həyata keçirilən köçürmələrin 40 faizi pulların ələ keçirilməsi proqramının köməyi ilə fəaliyyət göstərən cinayətkar hakerlər şəbəkəsi ilə əlaqəli olub.

“SUEX qeyri-qanuni maliyyə əməliyyatları üçün ən azından səkkiz qəsbetmə üsulundan istifadə edib”, – xəbərdə belə deyilir.

Tətbiq edilən sanksiyalar ABŞ ərazisində bu şirkətlərin aktivlərinin bloklanmasını nəzərdə tutur. Beləliklə, amerikalı vətəndaşlara sözügedən xidmət ilə qarşılıqlı əlaqə qurmaq qadağan edilib.

Sentyabrın 21-də “Bloomberg” agentliyi xəbər vermişdi ki, ABŞ kriptovalyuta bazarına nəzarəti gücləndirməklə bağlı çağırış etmişdi. Jurnalistlərin məlumatına görə, sərmayəçilərin maraqlarını təmsil edən bir qrup fəal ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyasının (SEC) sədri Heri Henslerə məktub ünvanlayaraq, son onillikdə çoxmilyonlu sənaye sahəsinə yüksələn və ənənəvi maliyyə sistemini kökündən dəyişdirə biləcək rəqəmsal pullar bazarına nəzarəti gücləndirməyə səsləyib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email