Ləğv etmə haqqında hesabat hansı müddətdə və formada təqdim edilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Ləğv etməSual: Hüquqi şəxsin ləğv edilməsi zamanı möhür təhvil verilərkən üstündə “ləğv prosesindədir” sözləri yazılmış möhürün eskizi təsdiq üçün təqdim edilməlidirmi? Ləğv etmə haqqında hesabat hansı müddətdə və formada (elektron və ya kağızda) təqdim edilməlidir?

Cavab: Bildiririk ki, hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Bu zaman təqdim edilən möhürlə birlikdə “ləğv prosesindədir” yazılmış möhürün eskizinin həmin orqana təqdim edilməsi nəzərdə tutulmamışıdr. Lakin ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına digər sənədlərlə birlikdə üzərində “ləğv prosesindədir” yazılmış möhürü də təqdim etməlidir.

Həmçinin bax: İcarəyəverən fiziki şəxsin VÖEN-i olduğu halda E-qaimə verməzsə gəlirdən çıxa bilərik?

Bax: Mülki Məcəllənin 60-cı və 61-ci maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu 16-cı maddəsi.

Eyni zamanda bildiririk ki, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən etibarən həmin hüquqi şəxs yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir və vergi ödəyicisinin yekun bəyannamələri təqdim edilənədək vergi ödəyicisi tərəfindən ödəyicisi olduğu vergi növləri üzrə müvafiq bəyannamələr qanunvericilikdə nəzərdə tutulmuş hesabat dövrləri üzrə vergi orqanına elektron və ya kağız formada təqdim edilir. Ləğv bəyannamələri isə mənfəət və əmlak vergisi üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən sonra 30 gün ərzində, ƏDV və aksiz üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə 30 gün ərzində, sadələşdirilmiş vergi üzrə isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə vergi orqanına elektron və ya kağız formada təqdim edilir. Bu zaman, vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edildiyi günə qədər olan dövrü əhatə edir.

Bax: Mülki Məcəllənin 60-cı və 61-ci, Vergi Məcəlləsinin 72-ci, 149.4-cü, 177.2-ci, 192.1-ci, 201.5-ci və 221.3-cü maddələri

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email