fbpx

Lisenziyanı necə əldə etməli?? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

dövlət qeydiyyatı hüquqi Malların ehtimal olunan qiymətləriLisenziyanı necə əldə etməli?? (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Maliyyə bazarları sahəsində vahid tənzimləyici qurumum 2016-cı ildən etibarən fəaliyyəti başlanması ilə artıq bu sahədə lisenziyaların pərakəndə halda deyil, vahid sistem üzrə alınmasına şərait yarandı. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarları sahəsində tənzimlənən fəaliyyət növləri üzrə lisenziya alınması prosesini birbaşa həyata keçirir. Maliyyə bazarları sahəsində tənzimlənmənin həyata keçirilməsi baxımından aşağıdakı fəaliyyət sahələri üzrə dövlət rüsumlarını diqqətinizə çatdırırıq:

1) bank, xarici bankın yerli filialının açılması – 11 min manat

2) bank olmayan kredit təşkilatlarının açılması – 550 Manat

3) Sığorta və ya təkrarsığorta şirkətinın açılması – 11 min manat

4) Hüquqi şəxs olaraq sığorta brokeri şirkətinin açılması – 11 min manat

5) Hüquqi şəxs olaraq sığorta agenti şirkətinin açılması – 500 manat

6) Fiziki şəxs tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziya alınması – 550 manat

7) Fiziki şəxs tərəfindən sığorta agenti fəaliyyətinə lisenziya alınması – 220 manat

8) Valyuta mübadiləsi (exchange) fəaliyyətinə icazə verilməsi – 500 manat

Mövzu çərçivəsində onu da xatırladaq ki, yaxın vaxtlarda “Lombardlar haqqında” Qanunun tətbiqinə başlanacaq. Bu isə öz növbəsində bütün bu sahədə xidmət göstərən şəxslərin yenidən lisenziya alacağını deməyə əsas verir. Qeyd edək ki, qanun layihəsi özlüyündə bu fəaliyyət üzrə də lisenziyanın maliyyə bazarlarına nəzarət orqanı tərəfindən veriləcəyini istisna etmir.

Müəllif: Praktik Hüquqşünas / Şəhriyar Həbilov


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!