Maliyyə Bazarlarına Nəzarət Palatasında Təcrübə proqramı

birbank biznes

Təcrübə İmkanıAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Təcrübə İmkanı


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir. Proqramın məqsədi Tələbələrin iqtisadi və maliyyə biliklərinin artırılması, peşəkar bacarıqlarının inkişafı, nəzəri biliklərinin təcrübə ilə bütünləşdirməsi və real iş şəraiti ilə yaxından tanış etməkdən ibarətdir.

Həmçinin bax: Baş mühasib üzrə vakansiya

Təcrübəçiyə dair tələblər:

Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;

Özünü daim inkişaf etdirməli, innovativ olmalı;

Analitik düşünmə qabiliyyəti olmalı;

Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;

Kompüter və ingilis dili bilikləri;

Təcrübə proqramına müraciət:

Müraciətlər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçməlidirlər:

  • Hüquq
  • Bank fəaliyyətinə nəzarət
  • Sığorta fəaliyyətinə nəzarət
  • Kapital bazarına nəzarət
  • Ödəniş sistemlərinə nəzarət
  • Risklər üzrə
  • Prudensial siyasət və metodologiya
  • Maliyyə
  • İnsan resurslarının idarəedilməsi
Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Seçim mərhələləri:

  1. Məzunlar və ya magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər;
  2. Namizədlərdən daxil olmuş müraciətlərin uyğunluğu nəzərdən keçirildikdən sonra ilkin olaraq test imtahanına sonrakı mərhələdə isə İnsan resursları idarəsi və aidiyyəti departamentlərlə müsahibə mərhələsinə dəvət edilirlər;
  3. Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə başlanılır.

Proqrama iştirak etmək istəyən namizədlər CV-lərini 22 iyul 2018-ci il tarixinədək  / ünvanına göndərə bilərlər.

Mənbə: www.fimsa.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email