Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunu əhatə edən ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir.
Müsabiqənin şərtləri:
- Məqalələr maksimum 12 min işarə olmalıdır;
- Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dilində ola bilər;
- Müsabiqədə təhsilindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər;
- Hər bir iştirakçı müsabiqədə yalnız bir məqalə ilə iştirak edə bilər;
- Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır;
Layihə iştirakçılarının işləri Maliyyə Elm-Tədris Mərkəzində yaradılmış Təşkilat Komitəsi tərəfindən qiymətləndiriləcək. 3 yer üzrə qaliblərə Mərkəz tərəfindən təşkil olunan təlimlərdə əvəzsiz olaraq iştirak etmək imkanı yaradılacaq:
1-ci yerin qalibi – 500 manat məbləğində təlim paketi;
2-ci yerin qalibi – 300 manat məbləğində təlim paketi;
3-cü yerin qalibi – 300 manat məbləğində təlim paketi;
Müsabiqə 1 aprel – 1 may tarixlərini əhatə edir.
Müsabiqə iştirakçıları öz məqalələrini yuxarıda qeyd olunan şərtlərə müvafiq olaraq tərtib etməli və elektron variantını 01 may 2018-ci il tarixinədək www.kulieva.gyulnara@mail.ru ünvanına göndərməlidirlər.
Website: tedris-maliyye.gov.az
Əlaqə:
Ünvan: 50, Heydər Əliyev, Bakı AZ 1154, Azərbaycan
Telefon: (+994) 12 404 81 59
Faks: (+994) 12 566 84 77
Ətraflı məlumat üçün faylı yükləyin: Məqalə
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.