NKA çekinin verilməsi
Sual: Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərində) alıcı tərəfindən malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə həmin məbləğ nəzarət-kassa aparatına (NKA) mədaxil edilərək alıcıya nəzarət-kassa aparatının çeki verilməlidirmi?
Aydın Kərimovla mühasibat uçotu kursu
Cavab: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 4.1-ci bəndinə görə, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir.
Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Bax: Ödəniş nağdsız qaydada aparıldıqda həmin məbləğ nəzarət kassa aparatına (NKA) mədaxil edilməlidirmi?
Qeyd olunanlara əsasən:
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərində) alıcı tərəfindən malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə alıcıya POS-terminaldan çıxarış ilə yanaşı, həmin məbləğ nəzarət-kassa aparatına mədaxil edilərək alıcıya nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
Mənbə: vergiler.az
Nail
Bu heç cürə düz deyil . NKA nağd satışın kassasıdır. Pos-Terminal isə nağdsız satışın kassa aparatıdır. Nağdsız satışı əlavə olaraq NKA- ya vurmaq nağdsız satışı ikiqata çıxartmaq deməkdir. Pos-Terminaldan çıxan çek nağdsız satışın çekidir.